Qanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞI

Qərb öz içindəki Putinin "dostunu" vurmağa hazırlaşır: bu dəfə kütlələrin etirazı yox, qanlı sıyığın hazırlanması ssenarisi seçiləcək.

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ və Almaniya fondlarının onu devirmək üçün kisələrinin ağzını açdığını bəyan etdi. Bu açıqlama müxalifətin martın 25-də təyin etdiyi mitinq öncəsi verilmişdi. Və hesab etmək olardı ki, Lukaşenko mitinq öncəsi əhalini qorxutmaq gedişi edir. Lakin deyəsən məsələ bu dəfə kifayət qədər ciddidir.
"Silahlı təxribatlar hazırlayan onlarla döyüşçü saxlanılıb" – deyə Lukaşenko martın 21-də Mogilyovda müəssisələrin birində əmək kollektivi ilə görüşdə bildirdi.

Qeyd etdi ki, ekstremistlər Bobruysk və Osipov bölgəsində hərbi təlim keçiblər.

"Qalan düşərgələr Ukrayna, Litva, yaxud da Polşadadır. Bu haqda iddia etməyəcəm, lakin haradasa oralarda yerləşir. Pul Polşa və Litva vasitəsilə ötürülür", - deyə o vurğuladı.

O, bundan öncə qeyd etmişdi ki, Ermənistandan Avropa Birliyi ölkələrindən birinə getmiş və Belarusa gəlmiş təyyarədə şübhəli radioaktiv yük və naməlum silahlı insanlar olub.

Müxalif politoloqlardan olan Aleksandr Feduta Lukaşenkonun fikrini belə şərh etdi: "Bu, martın 25-nə təyin edilmiş mitinq öncəsi əhalini qorxutmaq və etiraz aksiyasına güc tətbiqi etmək hüququnu qazanmaq gedişidir".

Belarus liderinin sözləri Vilnüs və Kiyev tərəfindən kəskin reaksiyaya səbəb oldu. Litvanın xarici işlər naziri Linas Linkyaviç bunu "barmaqdan sovrulmuş uydurmalar" adlandırdı. Ukraynanın Minskdəki səfirliyi isə Lukaşenkonun çıxışını ukraynalıları təhqir olaraq qiymətləndirdi.
Minsk daha sonra videogörüntülər yaydı. Videoda aydın görünür ki, hansısa avtomobil sürətlə nəzarət buraxılış məntəqəsini keçir. Daha sonra saxlanılan avtomobildə silahların tapılması kadrları görünür. Dövlət Təhlükəsizlik Komitəsi gizlilik ənənələrinin əksinə olaraq, bütün təfərrüatları açıqladı:

- Bu "Ağ legion" və "Yeni cəbhə" qruplaşmalarının üzvləridir. Onlardan əldəqayırma partlayıcı qurğuların istehsalı üçün predmet və maddələr, Kalaşnikov avtomatları, karabinlər, tapançalar, patronlar, bıçaqlar, baltalar, şəhər şəraitində döyüş əməliyyatının keçirilməsi üçün maddi yardımlar, hərbi geyimlər və s. tapılıb.

Belarus xüsusi xidmət orqanları qeyd edirlər ki, qruplaşmanın Ukrayna millətçi təşkilatının – UNA-UNSO- döyüşçüləri ilə əlaqələri var. Bildirilir ki, onlar martın 25-də keçirilən mitinqdə təxribat törədə bilərdilər və güman ki, Ukraynadan kömək gözləyirdilər.

Yəni, Lukaşenko bu dəfə illuziya danışmır, onun sözlərinin arxasında konkret faktlar var: Və olduqca diqqət çəkən məqamlardan biri odur ki, silahlı qruplaşmaların saxlanılması fonunda müxalifətin təhdid bəyanatları səsləndi. Martın 25-də Belarus müxalifəti təyin olunmuş mitinqi keçirtdi, polis qüvvələri aksiyaya müdaxilə etdilər, müəyyən toqquşmalar və həbslər yaşandı. Etiraz dalğası sakitləşdi. Lakin bu, heç də hər şeyin bitdiyi demək deyil.

Müxalifətdə olan Belarus Milli Konqresinin lideri Nikolay Statkeviç də belə deyir. O, hökumətin dəyişdirilməsi ilə nətiələnəcək mitinqlərin baş verəcəyi haqda xəbərdarlıqlar edir. Qeyd edir ki, ehtiyac olduğu halda etirazçılar paytaxt Minskin küçələrini tərk etməyəcək və Kiyevdəki Maydan Belarusda da təkrarlanacaq.

Statkeviçin silahdaşı, "Avropa Belarusu" vətəndaş hərəkatının koordinatoru Dmitri Bondarenko bildirib ki, həyacanlı vəziyyətdə Lukaşenkonun postundan salınacağına əmindir.

Bu boş açıqlamalara oxşamır: kütləvi aksiyalar üçün baza artıq formalaşıb. Belarusda fevraldan başlayaraq, "müftəxorluq haqda dekret"ə (işləməyənlərin vergiyə cəlb edilməsi-red) və iqtisadi vəziyyətə qarşı aksiyalar təkcə paytaxtda deyil, bölgələrdə də keçirilir.

Bütün bunların fonunda Lukaşenkonun bəyanatları olduqca həyəcanlıdır. Minsk anlamağa imkan verir ki, ölkədə hərbi vəziyyətə bənzər vəziyyət elan etməyə hazırdır. Müxalifət isə hakimiyyətə qarşı qətiyyətli hücuma keçmək niyyətindədir və öz tərəfdarlarını toplayır.

Belaruslu politoloq Valeri Karbaleviç hesab edir ki, Lukaşenko üçün hazırda qonşu dövlətlərlərlə münasibətlərdən daha çox, daxili vəziyyət vacibdir: "Buna görə də o bəyanatında bəzi ölkələrin adını açıq şəkildə açıqladı".

Onun fikrincə, hakimiyyətin açıqlamaları və addımları təbliğat xarakteri daşıyır və heç bir reallığa sığımır.

Rəsmi Minsk isə açıq şəkildə ölkədə qanlı sıyığın hazırlanması və silahlı hücumların olacağını bəyan edir.

MDB İnstitutunun direktor müavini Vladimir Jarixin Lukaşenkoya inanmamağa əsas olmadığını deyir.

"Onun bəyanatları hüquq-mühafizə orqanlarının əməliyyatlarına əsaslanıb. Buna inanmamaq üçün əsas yoxdur. Çünki anoloji hadisələr Ukraynada da baş verirdi. Orada da xüsusi silahlı dəstələr hazırlanırdı və bu dəstələr sonra Maydanda istifadə edildi", - deyə o vurğulayır.

Sürüdən geri qalan qurd

Politoloq hesab edir ki, Qərb Minskin zəif yerini tapdı: "Lukaşenko öz müttəfiqi olan Rusiyaya qarşı sərt çıxışlar etdi və hətta konkret adlar da çəkdi. Görünür, Qərb Lukaşenkonun tərəddüd keçirtdiyini hiss etdi və anladı ki, Minskin ayağı altından torpaq qaçır. Müxalifətin adi bir qanuna görə mitinqlərə çıxması təsadüfi ola bilməz. Qərb vəziyyətdən istifadə edərək, hücuma keçir".

Belarusda baş verənlər Ukraynada Maydan öncəsi vəziyyətlə xeyli oxşardır: Bu, təsadüfdürmü?!.

Mənbə: publika.az
Qanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞIQanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞIQanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞIQanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞIQanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞI


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2750   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel