"Bu raketlərimiz İrəvanı darmadağın edər..."

"Bu raketlərimiz İrəvanı darmadağın edər..."Azərbaycanın işğal olmuş torpaqlarına səfər edən Ermənistan prezidenti əsgərlərlə görüşdən əlavə Azərbaycanı hədələməyi də unutmayıb. Sərkisyan bildirib ki, zərurət yaranarsa, Azərbaycanı vurmaq üçün gözünü belə qırpmadan, "İsgəndər" komplekslərinin tətbiqi barədə əmr verəcək.

Bundan əlavə, Sərkisyan Azərbaycan ərazilərini dərinliklərinə qədər izlədiklərini də dilə gətirib.

Sərkisyanın səsləndirdiyi bəyanatlarla bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.az-a danışıb:

"Ermənistan prezidentinin növbəti sərsəm, ağılsız bəyanatı artıq təəccüb doğurmur. Sərkisyan deyib ki, Ermənistan qoşunlarının baş komandanı kimi gözümü belə qırpmadan "İsgəndər" raket komplekslərinin tətbiqi barədə əmr verərəm.

Sərkisyan çox əsəbidir. Tin uşaqları kimi hərbi formanı geyinib gəlib əsgərləri ilə görüşməsi, onlara fəxri fərman verməsi çox miskin bir mənzərə idi. Ordusu bərbad gündə olan Sərkisyan kimlərisə döyüş bölgəsinə göndərir və ya özü səfər edir, oradan sərsəm hədələr səsləndirir. Onun özü də bilir ki, ən müasir, həm göstərdiyimiz, həm də göstərmədiyimiz raket artilleriya qurğuları var. Türkiyədən aldığımız "Qasırğa" kompleksi Ermənistanda daşı daş üstündə qoymayacaq.

Sərkisyan deyir ki, əsgərlərimiz Azərbaycan ərazisinin dərinliklərini də izləyə bilirlər. Sual olunur, dərinlikləri nə ilə izləyirlər? Belarusiyadan alınan kənd təsərrüfatı sahəsində istifadə edilən pilotsuz uçan aparatlarla, yoxsa Rusiyanın yol polisinin istifadə etdiyi pilotsuz uçan aparatlarla? Əgər bunlarla müşahidə edirsə, vay erməni ordusunun halına. Kosmosda Azərbaycanın peyki var. Azərbaycanın İsrail istehsalı olan pilotsuz uçan aparatları ən müasir standartlara cavab verir. Bu aparatlar gecə-gündüz ermənilərin bütün hərəkətlərini nəzarətdə saxlaya bilir.

Bizim yeganə səhvimiz o oldu ki, Azərbaycan silahlı qüvvələri Sərkisyanı Ağdam istiqamətində olarkən bir zərbə ilə məhv etmədi. Onu orada məhv etmək lazım idi ki, o belə sərsəm bəyanatlar verməsin.

Azərbaycan silahlı qüvvələri, xüsusən də hərbi hava qüvvələri və hava hücumundan müdafiə qoşunları 24 saat hər şeyi ciddi nəzarət altında saxlayır.

Sərkisyan çox gözəl bilir ki, bir neçə gün sonra keçiriləcək parlament seçkilərində onun partiyasına dəstək lazımdır. O dəstəyi qazanmaq üçün sərsəm bəyanatlar səsləndirir. Sərkisyanın keçmiş komandasının əsas simaları artıq onun hakimiyyətdən getməsini istəyirlər. Ona görə də, Sərkisyan əsəbi, nataraz bəyanatlar səsləndirir. Azərbaycan bu bəyanatlardan yalnız diplomatik istiqamətdə istifadə etməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2749   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb

Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayı

18 mart
.

Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyay

14 mart
.

Hakan Fidan Azərbaycanı təbrik etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə ölkəmizi təbrik edib. "Qafqazinfo" xəbər verir ki, türkiyəli nazir bu barədə Bakıda keçirilə

15 mart