Qusarda toyu olan Amerikalı gəlinin qayınanası: "Oğlum dedi ki..."

Vaqifin ailəsi Bakı şəhərində yaşasa da, ailə cütlüyə nənənin yanında toy edib

Amerikalı qızla evlənən Vaqif Babayevin anası İstiPress-in şimal bürosuna amerikalı gəlinləri barədə danışıb.

"Oğlum hələ 8-ci sinifdə oxuyan vaxtdan deyib ki, mənim ailə qurmaq işimə qarışma" Məhəbbət sərhəd tanımır, deyirlər. Həqiqətən belədir. Bu günlərdə amerikalı qızla ailə qurmuş qusarlı Vaqif Babayev anası Bikə xanımla söhbətdən sonra bu qənaət məndə daha da gücləndi. Ana deyir ki, oğlumun ailə məsələsinə, özü dediyi kimi, qarışmamışam, hələ uşaq vaxtdan onun mənə dediyi sözləri unutmamışam. Oğlumun qayğısına ana kimi hər an, həmişə qalsam da evlənmək xəbərini həmişə ondan gözləmişəm. Ta o vaxta qədər ki..."

Bu yerdə Azərbaycandan getmiş, milliyyətcə ləzgi Vaqifin okeanın o tayından olan Cessika ilə tanişlığından tanışaq. Cütlük harda tanış olub? Onlar heç də Amerikada deyil, od-alov yağan İraqın Mosuldan təxminən 20 km aralıda yerləşən Erbil şəhərində İhsan Doğramacının təşəbbüsü ilə açılan Beynəlxalq məktəbdə taniş olublar. Köməyə ehtiyacı olan iraqlı uşaqlara dərs demək üçün Azərbaycandan Konservatoriyanın skripka şöbəsini bitirib müqavilə ilə həmin məktəbə işləməyə gedən Vaqif burada Amerikan qızı ilə tanış olub. Burada ibtidai sinif müəllimi işləyən Cessika ilə tanış olub. 34 yaşında evlənməyə qərar verən Vaqifin amerikalı sevgilisi ona razılıq verər-verməz Azərbaycanın, Qusarın milli adət-ənənələrini öyrənməyə başlayıb, kəmərdən tutmuş hər milli paltara, əşyayadək sifarış verib, musiqi alətlərimizi öyrənməyə, nişan və toyla bağlı butün adət-ənənələrə uyğun bütün məlumatları tam öyrənib. Cütlüyün Bakıda keçirilən nişanından əldə etdiyim 2 şəkil həqiqətən millilikdən xəbər verir. Milli paltar geymiş cütlük bütün qədim məişət əşyalarının əhatəsində qaval və tarla görüntülənib. Digər şəkildə isə Amerika və Azərbaycanın sevgi yaşadıcılarını bizim Müqəddəs Qurani Kərimimizə baxdıqları yerdə görürük. Cessika oxuya bilməsə də Vaqif bu müqəddəs kitabımız barədə ona məlumat verirmiş. Qaynana Bikə xanım gəlininin hətta toya 2 sandıq sifarış verdiyini də dedi. Axtarsaq, indi gəlin köçən bəzi qızlarımız sandıq aparmağa elə həvəs göstərmirlər. Amma, baxın, Azərbaycan vətəndaşına ərə gələn əcnəbi qız , görün, adətimizi necə öyrənib. Belə görünür ki, o Vaqifi bütün adətlərimizlə birgə qəbul edib.

Qayıdaq beynəlmiləl cütlüyün toyuna. Nişandan sonra Cessikanın qız toyu ABŞ-da olub. Həmin toyda bəy tərəfdən bacısı Vəfa iştirak edib. Azərbaycanda isə toy Bakıda əsas hazırlıqlardan sonra Vaqifin ana nənəsi Alma Zahirovanın yaşadığı Qusarın Kirik kəndində keçirilib. Bu toy da əsasən milli çalarlar üstündə təşkil edilib. Vaqiflə Cessikanın neçə ilin rəqqası kimi Azərbaycan mahnısının sədaları altında həvəslə rəqs etmələri də sosial şəbəkələrdə maraqla qarşılanıb.

Vaqifin ailəsi Bakı şəhərində yaşasa da, ailə cütlüyə nənənin yanında toy edib. 81 yaşlı ləzgi Alma nənə axır ki, subaylığın daşını atan nəvəsinə amerikalı qızla xoşbəxt olmağı arzulayaraq onlara xeyir-dua verib.

Bikə Zahirova deyir ki, oğlunun seçiminə hörmətlə yanaşıb və tanıdığı müddətdə Cessikanı çox bəyənib. Amerikalı gəlin Azərbaycandakı toya anası Meri ilə gəlibmiş. Bikə xanım Cessikanın Azərbaycan və ləzgi dillərini öyrənməyə çalışdığından da danışdı. Amerikalı gəlinin qaynanası Bikə xanım söylədi ki, Vaqifgilə kəndimizdə torpaq sahəsi də almışıq. Ev tikmək istəyirlər. Çünki,Cessika Azərbaycanı çox sevir. Deyir ki, imkan olan kimi, gəlib burada yaşayacağıq. İnanırıq buna. Kim bilir, nə vaxtsa amerikan Cessika Azərbaycanın milli mədəniyyətinin, musiqisinin tədqiqatı ilə məşğul olacaq?Qaynananın dedikləri - onun musiqimizə, mədəniyyətimizə sevgisi bunu sübut edir. Xoşbəxt olsunlar. Amerika-Azərbaycan dostluğundan yaranan xoşbəxt ailə olsunlar!

Əldə etdiyimiz videolarda Qusarın Amerikan gəlninin bəylə Üzeyir Hacıbəyovin "O olmasın, bu olsun" operettasını xüsusi həvəs və coşqu ilə rəqs etməsinin şahidi oluruq. Gəlinin anası Merinin də yerli sakinlərlə və təzə qohumlarla rəqs etməyi
də diqqətdən yayınmır.

Qusarda toyu olan Amerikalı gəlinin qayınanası: "Oğlum dedi ki..."Qusarda toyu olan Amerikalı gəlinin qayınanası: "Oğlum dedi ki..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8941   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəy

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart
.

Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia

"Rusiyanın 2024-cü ildə Ermənistanla bağlı əsas hədəfi hakimiyyət çevrilişi etmək və öz komandasını iqtidara gətirməkdir". xəbər verir ki, bu barədə erməni politoloq Edqar Arakelyan deyib. Onun iddiasına görə, Rusiyanın Ermənistanda hakimiyyətə qarşı addımları qarşıdakı bir həftə ərzində aktivləşəcək

29 mart
.

"Avromed"ə məxsus "Vita aptek"də 17 manatlıq dərman 37 manata satılır - FOTOFAKT

Mərdəkandakı "Vita Aptek"də 17 manatlıq dərman 37 manata satılır. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış teleaparıcı Zamirə Dadaşova bildirib. O, "Truxal" adlı dərmanın Mərdəkanda yerləşən "Vita Aptek"dən 37 manata alındığını sübut edən fotolar paylaşıb. Aparıc

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart