"İrəvanı yerlə-yeksan edərik"- Sarkisyanın "İskəndər" hədəsinə CAVAB GECİKMƏDİ

"İrəvanı yerlə-yeksan edərik"- Sarkisyanın "İskəndər" hədəsinə CAVAB GECİKMƏDİ""İsgəndər" məsələsinə həm Ermənistan cəmiyyətindən, həm də Azərbaycan tərəfindən reaksiyalar verildiyindən Sarkisyan indiki məqamda bu məsələni ortaya atıb".

Sonxeber.az bildirir ki, bu fikirləri azvision.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağa qanun səfəri zamanı Azərbaycanı "İsgəndər" raketləri ilə hədələməsinə münasibət bildirərkən deyib.

Polkovnik vurğulayıb ki, Ermənistan bütün imkanlarına görə Azərbaycanın qarşısında acizdir: "Azərbaycanın hərbi sənayesi inkişaf edib. Demək olar ki, biz öz silahlarımızdan istifadə edirik. Bizim hərbi sənayedə olan silahlar artıq müasir silahlara uyğun şəkildə istehsal olunur. Eyni zamanda bizim başqa ölkələrdən aldığımız silahlar Ermənistanın əldə etdiyi köhnəlmiş, anbarları boşaltmaq məqsədi ilə verilmiş silahlar deyil. Ermənistana verilən "İsgəndər"lər də ikinci buraxılışdır. Halbuki hazırda beşinci buraxılış "İsgəndər"lərdən silahlanmada istifadə olunur. Ona görə də hesab edirəm ki, Sarkisyanın bu hərəkəti seçkiqabağı təbliğat kampaniyasıdır".

Ş.Ramaldanov bildirdi ki, Sarkisyan öz hakimiyyətinin qorunması ilə məşğul olduğundan bu tipli bəyanatlar verir: "Ermənistanda Qarabağ klanının hakimiyyətdə olması və Qarabağ məsələsi cəmiyyəti bezdirib. Ermənistanda başa düşürlər ki, zaman onların xeyrinə işləmir. Sarkisyan sosial vəziyyəti yaxşılaşdıra, cəmiyyəti sakitləşdirə bilmədiyindən seçki öncəsi Qarabağ məsələsini yenə də əlində bayraq edib. Ona görə də "İsgəndər"lə Azərbaycana hədə-qorxu gəlir ki, dvidentlər qazansın. Hesab edirəm ki, prinsipcə Sarkisyan yeni heç nə demir. Sadəcə Qarabağ məsələsini "kozur" kimi əlində saxlayır və ondan istifadə etməyə çalışır".

Ş.Ramaldanov qeyd edib ki, "İsgəndər" raketləri dağıdıcı qüvvəsi ilə deyil, uzaq mənzilli olması ilə qiymətlidir: "Bu raketlər kütləvi qırğın silahlarının daşıyıcısıdır. Onu Ermənistana heç vaxt verməyəcəklər. Bu halda isə "İsgəndər" adi bir bombadır, onun dağıdıcılıq radiusu açıq sahədə 500 metrə qədərdir. Ona görə də Sarkisyanın bu sözlərini ciddiyə almaq lazım deyil. Digər bir tərəfdən əgər biz abstrak şəkildə düşünsək ki, Ermənistanda bu raketlər var və ondan istifadə edə bilərlər. Bu zaman Sarkisyan "İsgəndər" operativ-taktiki raketlərindən istifadə etsə belə istənilən nəticə əldə edə bilməyəcək. Birinci, bu silahlardan istifadəyə dair müəyyən məhdudiyyətlər var. İkinci, paradda istifadə olunan raketlərin Ermənistana məxsus olması sual altındadır. Üçüncüsü, bu silah Ermənistana məxsusdur. Yəni, qondarma rejimlə heç bir əlaqəsi yoxdur. Ermənistan bu silahdan istifadə etsə, nəzərə alsınlar ki, İrəvana daha yaxın olan Naxçıvan istiqaməti var. Zərurət yaranarsa, Naxçıvanda olan və dağıdıcılıq gücünə görə "İsgəndər"dən heç də geri qalmayan uzaq mənzilli silahlardan İrəvanı məhv edə biləcək zərbələr endirərik. Düşmənin bütün obyektlərini yerlə-yeksan edərik. Bunu hamı bilir".

Qeyd edək ki, işğal olunmuş Dağlıq Qarabağda hərbçilər və onların ailə üzvləri qarşısında çıxış edərkən Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanı "İskəndər" raketi ilə hədələyib: "Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, "İskəndər" komplekslərinin tətbiqi barədə əmr verəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2121   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel