Son dəqiqə! "Sarkisyan Ermənistanı.."

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə qanunsuz səfər edən zaman hərbçilərin və ailə üzvlərinin qarşısında çıxış edib. O, çıxışında Azərbaycanı "İsgəndər" raketi ilə hədələyib. Deyib ki, lazım gələrsə, Ermənistan Silahlı Qüvvələrinə tərəddüd etmədən həmin raket kompleksindən istifadəsinə icazə verəcək.

Serj Sarkisyanın Azərbaycanı hədələməsini şərh edən Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib ki, bu gün Ermənistan Azərbaycan üçün hər hansı bir ciddi təhlükə törədə bilməz:

"Ümumilikdə Sarkisyan və Ermənistan rəhbərliyi tamamilə reallığı itiriblər. Azərbaycan torpaqlarını işğal etmələri, ərazilərimizdə qeyri-qanuni silahlı qüvvələrini saxlaması onlara kifayət deyil. Artıq ölkəmizi müharibə ilə təhdid edərək Azərbaycan torpaqlarını işğalını daha da artırmaqla hədələyirlər. Bu, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Azərbaycan hökuməti Ermənistan prezidentinin beynəlxalq hüquq normalarına zidd, orta əsrlər təfəkkürlü bəyanatlarının yolverilməzliyi barəsində ATƏT-in rəhbərliyinə dünən müvafiq müraciət göndərdi. Dünya Ermənistanın özünü heç bir hüquqla bağlı olmayan və qonşu ölkələrin ərazi bütövlüyü anlayışını qəbul etməyən pis dövlət kimi mövcud olduğunun fərqinə varmalıdır. Dağlıq Qarabağa probleminin kökündə də məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi durur. Bununla belə Azərbaycan Ermənistan rəhbərliyinin təhdidinə çox sakit yanaşır. Çünki Azərbaycan bu müddət ərzində bir dövlət kimi formalaşmış iqtisadiyyatı, daxil və xarici siyasəti, o cümlədən silahlı qüvvələrini yüksək səviyyədə qura bilib. Ermənistan unudur ki, onların ordusu bu gün köhnə silahlarla silahlanıb. Ermənistan əhalisi ilə rəhbərliyi arasında çox böyük uçurum var. Bu gün Ermənistan Azərbaycan üçün hər hansı bir ciddi təhlükə törədə bilməz.
Həm işğal edilmiş zonada yerləşən erməni silahlı qüvvələrinin hərbi obyektləri, həm Ermənistanda olan strateji obyekt bu gün Azərbaycan silahlarının və silahlı qüvvələrinin birbaşa müşahidəsindədir".

Deputat vurğulayıb ki, Ermənistan və onun indiki rəhbərliyi çox ciddi odla oynayır: "Onlar hesab edir ki, bu cür düşünülməmiş və sözün əsl mənasında ağılsız uşaq bəyanatları ilə Azərbaycanda bir qorxu hissi yaradır. Ölkəmiz onların bütün sahələrində, o cümlədən hərbi sahədə belə cavabını artıqlaması ilə verməyə hazırdır. Ermənistanın hər hansı düşünülməmiş hərəkətinin cavabı həmin anda veriləcək.
Dünən Azərbaycanın Müdafiə Nazirliyi də bu məsələ ilə bağlı ilə bəyanat verdi. Bildirildi ki, Ermənistan təhdidlərinə qarşı Azərbaycanın cavabları vardır və onlar odla oymaqdan çəkinsin".

Aydın Mirzəzadə hesab edir ki, Sarkisyan bu cür hədələrlə qarşıdan gələn Ermənistandakı parlament seçkilərində seçicilərin səsini toplamağa çalışır: "Amma o, Ermənistanın taleyini çox böyük sual altında qoyduğunun fərqinə varmır. Azərbaycanın Ermənistan və Sarkisyanın bu ağılsız hərəkətindən çəkindirmək və lazımlı cavab vermək üçün kifayət qədər böyük imkanları vardır. Silahlı qüvvələrimiz daima Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin milli maraqlarını yüksək səviyyədə qoruyur. Kiçik də olsa ermənilərin Azərbaycana yönəlmiş cəhdlərinə anındaca cavab verəcəklər".

Mənbə: BakiPost.az
Son dəqiqə! "Sarkisyan Ermənistanı.."Son dəqiqə! "Sarkisyan Ermənistanı.."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2559   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel