Müharibələr BİTMƏYƏCƏK - Krımdan başlanan QAN VƏ ATƏŞ SSENARİSİ

Müharibələr BİTMƏYƏCƏK - Krımdan başlanan QAN VƏ ATƏŞ SSENARİSİİordaniya Silahlı qüvvələrinin Baş idarəsindəki rəsmi mənbənin sözlərinə görə, martın 3-də ölkənin İrbid və Qor-el-Safi əyalətlərinə raket qəlpələri düşüb. Bu, Suriya ərazisindən İsrail istiqamətində atılan raketlərin zərərsizləşdirilməsi nəticəsində oldu.
Bununla əlaqədar İsrailin baş naziri Benyamin Netanyahu elan etdi ki, Suriyaya zərbələrin məqsədi Livanın "Hizbullah" təşkilatına silah çatdırılmasının qarşısının almaq idi. Hadisəyə reaksiya verən İsrailin mənzil və tikinti naziri Yoav Qallantın (İsrail Cənub hərbi dairəsinin keçmiş komandanı və baş nazirin hərbi katibi – red.) fikrincə, Rusiya Suriyanı müdafiə edir və İsrailin zərbələrinə Suriyanın cavabı kifayət qədər "təhlükə" yaradır. O, qeyd edir ki, Al-Meydanda Suriya ordusunun müvəffəqiyyətləri, həmçinin Rusiyanın dəstəyi Dəməşqə əminlik və təhlükəsizlik hissi verir.
Livanın "Al Joumhouria" nəşri qeyd edir ki, Rusiya rəhbərliyi ən son yüksəktexnologiyalı silahların Birləşmiş Ştatların şərq partnyorlarına, xüsusilə İsrailə tuşlanmasını arzu edərək onları şərqdəki müttəfiqlərinə çatdırmaqda tərəddüd etmir. Söhbət ilk növbədə Suriyadan gedir.
"Bununla, ABŞ-a təzyiqin müxtəlif üsullarından istifadə olunur. Bu, ABŞ-ı Krım üzrə öz mövqeyindən geri çəkilməyə itələmək məqsədilə edilir", - nəşr bildirir.
Təsadüfi deyil ki, seçkiqabağı kampaniyasının gedişatında Krımın Rusiyanın bir hissəsi kimi tanınması barədə müzakirələrə hazır olduğunu söyləyən ABŞ prezidenti Donald Tramp komandasını qurduqdan dərhal sonra fikrini qəti dəyişdi. Birləşmiş Ştatlar martın 16-da Moskvanı Krımı işğal etməkdə ittiham etdi və onun təcili dayandırmasını istədi. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner öz çıxışında bildirdi ki, Krım Ukraynanın hissəsidir.
ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, Vaşinqton Krımın yarımadaya birləşdirilməsini nəzərdə tutan və 2014-cü martın 16-da keçirilmiş referendumu tanımır.
"Al Joumhouria" nəşri qeyd edir ki, Donald Tramp administrasiyasının Rusiya barəsində siyasəti Suriya münaqişəsinin inkişafında özünü açıq-aydın göstərir.
ABŞ ordusunun Mərkəz komandanlığının (CENTCOM) rəhbəri, general Cozef Votel elan edib ki, Amerika gücləri Suriyada uzunmüddətli təhlükəsizlik və sabitliyin təmin olunması, hakimiyyətin dinc yolla ötürülməsində suriyalılara kömək etmək məqsədi ilə bu ölkədə qalacaq.
"Vəziyyət ABŞ qüvvələrinin qalmasını tələb edir və İŞİD-in aradan qaldırılmasından sonra Suriyadan məcburi gedişi nəzərdə tutmur", - amerikalı general martın 9-da səsləndirdiyi bəyanatında bildirib.
Ardınca ABŞ-ın dövlət katibi Reks Tillerson bildirdi ki, Vaşinqton istənilən mümkün təcavüzün qarşısını almaq üçün ölkə-müttəfiqlərə silah çatdırılması imkanını istisna etmir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun cavabı gecikmədi. O, Moskvada Müdafiə Nazirliyinin kollegiya iclasının gedişatında vurğuladı ki, Rusiya hərbi donanmasını inkişaf etdirəcək. Uzaq yerlərə, o cümlədən Suriyaya qoşunlar və hərbi texnikanın operativ çatdırılması üçün daha müasir gəmilərin hazırlanması nəzərdə tutulur. Şoyqunun sözlərinə görə, Rusiya regionda müttəfiqlərə dəstəkdən imtina etməyəcək.
"Bu, Suriyada vəziyyəti kəskinləşdirə bilər. Müharibə problemi dövlətlər öz hədəflərinə çatana kimi həll edilməyəcək. Suriyada baş verənlər nəticə çıxarmağa imkan verir ki, daha uzun müddətdə qan töküləcək və mümkündür ki, atəş qonşu ölkələrə, xüsusi halda, Livan və İordaniyaya keçəcək. Amerika və Rusiya arasında münaqişə yeni və daha mürəkkəb mərhələyə keçib: Krımdan İordaniyaya qədər".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1301   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Prezident Bum qəsəbəsində tam orta məktəbin yeni binasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Bu barədə xəbər yayıb

9 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel