ABŞ-ın Qarabağ PLANI və Sarkisyanın "İskəndər" OYUNU
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland dünən İrəvanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planın mövcud olduğunu açıqladı.
Hoqland mövcud planı "Lavrov planı" adlandırmadıqlarını da qeyd etdi.
"Bu plan üç hissədən ibarətdir, tərəflər bu plan üzərində işləyir", - deyə o bildirdi. Lakin planın detallarını açıqlamaqdan imtina edərək, "bunu etmək yersiz olardı" deyə vurğuladı.
Hoqlandın Qarabağla bağlı konkret planın olması haqda danışması həmsədrlərin prezidentlərin görüşünü hazırlaması fonunda diqqət çəkir. Güman ki, bu görüş Ermənistanda parlament seçkilərindən sonra baş tutacaq.
Burada diqqət cəlb edən məqam Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı "lazım gələrsə, "İskəndər" raketlərindən istifadə edəcəyik" bəyanatıdır. Bu bəyanatın hər şeydən öncə seçkilərə hesablandığı şübhəsizdir.
Lakin erməni ekspert Aram Amatuninin şərhi burada diqqətdən yayınmır.
Erməni ekspert hesab edir ki, prezidentlərin görüşündə münaqişəni həlli ilə bağlı planın reallaşdırılması gündəmə gələcək: "Ermənistan isə təmas xəttində "atəşkəsə nəzarət mexanizmləri"nin tətbiqini arzulayır. Azərbaycan bunun status-kvonun möhkəmləndirəcəyini əsas gətirərək, ondan imtina edir. Minsk qrupu isə mövcud planın tətbiqində maraqlıdır. Sarkisyan da həmsədrlərin İrəvan səfərindən öncə "İskəndər" bəyanatı verməklə, əslində amerikalı həmsədrin danışdığı plana etiraz edir".
Mənbə: publika.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 2401 Tarix: 28 mart 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD
23 aprelPrezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"
"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd
23 aprelQırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca
24 aprelQırğızıstan prezidenti Ağdama gedəcək
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını
23 aprelNazir direktoru işdən çıxardı
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur
25 aprel