Ziya Məmmədov və oğlu ilə bağlı elə xəbər yayıldı ki..

Ziya Məmmədov və oğlu ilə bağlı elə xəbər yayıldı ki..Sabiq nazirin həbs təhlükəsi artır

Son günlər keçmiş nəqliyyat naziri Ziya Məmmədovun həbs olunacağına dair məlumatlar dolaşır. Ziya Məmmədov əməlli-başlı dalana dirənib. Artıq bir vaxtlar onu qoruyan şəxslərdən də tamamilə ümidi kəsilən sabir nazir çıxılmaz duruma gəlib. Əslində etibar etdiyi və onu nazir postundan edən yaxın silahdaşlarından ciddi zərbə aldığını indi soyuq başla anlayır Ziya Məmmədov... Bunun isə heç bir faydası yoxdur.

Nəqliyyat Nazirliyinin ləğv olunması ilə işsiz qalan Ziya Məmmədov hökumət qarşısında öz etibarını hələ bir neçə il bundan öncə itirmişdi. Nəqliyyat sistemindəki qanunsuzluqlar, nöqsanlar və ardı-arası kəsilməyən qəzalar Ziya Məmmədovun səriştəsiz fəaliyyətinin nəticəsidir. Hələ illər öncə bu səriştəsizliyi ilə "göz oxşayan" sabiq nazir nə vaxtsa postundan kənarlaşacağını ağlının ucundan belə keçirmirdi.

Çünki onun sadiq dostları, əcnəbi silahdaşları vardı. Müəyyən mənada onlara sığınaraq ölkənin nəqliyyat sistemini tamamilə iflic vəziyyətə saldı. Bütün bunların fonunda artıq etimadını itirən Ziya Məmmədov bir zamanlar öz nüfuzu hesabına qurduğu biznes imperiyasını da qoruya bilmir. Bir zamanlar oğlu Anar Məmmədovla 3-4 ay əvvəl ABŞ-ın prezidenti seçilmiş Donald Trampla iş birliyinin olması sabiq nazir üçün sanki stimul yaratmışdı. Bu birliyi əsas tutan Ziya Məmmədov hətta mediaya açıq və dezinformasiyalı məlumatlar ötürürdü. Bəzi KİV-lərdə Trampla olan hərtərəfli əlaqələrinin olmasını bol-bol tirajlayan sabiq nazir əslində ictimaiyyəti çaşdıracaq məlumatlar yaymaqda məqsəd güdürdü. Amma nəticədə özü və ailəsi çaşbaş qaldı. Bu birliyə arxalanan Məmmədovlar ailəsinin gözləntiləri heç də xoş olmadı. Bir vaxtlar Bakıdakı "Trump Hotel" biznesinin arxasında qeyri-adi və ziddiyyətli partnyorun durduğu haqda informasiyalar yayılırdı. Sonradan məlum oldu ki, bu oteldə Trampın biznes partnyoru sabiq nazirin oğlu 34 yaşlı milyarder, "playboy" Anar Məmmədovdur. İndi Anar Məmmədovun da möhtəşəm biznesi çökməkdədir. İllər boyu banka kredit borcu ilə biznes quran Məmmədovlar ailəsinin sonu yaxınlaşır.

Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulub. Bu qərar "Paşa Bank" ASC-nin iddiası əsasında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən çıxarılıb. Əslində qərar bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apellyasiya şikayətindən imtina edib.

Sözügedən proses "Paşa Bank" ASC-nin keçmiş nəqliyyat nazirinin ailəsiylə mülk üstündə yeganə məhkəmə çəkişməsi deyil. Anar Məmmədov və şirkətlərinin zaman-zaman "Paşa Bank"a kredit borcu olub. Görünür, bu dəfəki çöküş Məmmədovlar ailəsinin tam süqutu ilə nəticələnəcək. Maraqlıdır ki, biznes şəbəkəsi qurmaqda oğluna tam olaraq dəstək verən Ziya Məmmədovun indi özünə dəstək verən tapılmır. Ailə biznesini xalqın vəsaiti hesabına quran Məmmədovlar ailəsinin işi Allaha qalıb. İş o yerə çatıb ki, sabiq nəqliyyat naziri oğlu Anar Məmmədovun əmlakına məhkəmə qərarı ilə həbs qoyulmasından xəbərsizdir.

Nəqliyyat Nazirliyinin ləğv olunmasından sonra işsiz qalan Ziya Məmmədov sahibi olduğu şirkətlərin korrupsiya qalmaqalı ilə hələ uzun müddət gündəmdə qalacaq. Nəqliyyata sahib olmadığı kimi özünün müdafizəsinə də qalxa bilməyəcək. Ya da tamamilə iflasa uğrayıb sığınmaq üçün xaricə üz tutacaq.

Mənbə: cebhe infio


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5627   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021