"BakuBus" sürücüsü sərnişinin həyatını xilas etdi - VİDEO

"BakuBus" sürücüsü sərnişinin həyatını xilas etdi - VİDEOSosial şəbəkələrdə növbəti dəfə sərnişin səhhəti ilə bağlı "BakuBus' avtobusunda baş vermiş hadisə haqqında məlumatlar yer alıb.

Sonxeber.az baku.ws-ə istinadən xəbər verir ki, "EcoFin"in sorğusuna cavab olaraq qurumun mətbuat katibi Mansur Piriyev faktı təsdiqləyib və bildirib ki, hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq Prospekti - 28 may metrostansiyası istiqamətində 8 nömrəli marşrut xəttində hərəkət edən "BakuBus"a məxsus avtobusda baş verib.

Qeyd edək ki, hadisə ilə bağlı təqdim olunan videogörüntüdən də aydın olur ki, avtobus Neftçi İdman Sağlamlıq Mərkəzinə yaxınlaşarkən sərnişinlərdən birinin qəflətən səhhəti pisləşib və müvazinətini itirərək yerə yıxılır. Bu zaman sürücü avtobusu təhlükəsiz yerdə saxlayaraq halı pisləşmiş sərnişinə yardım edir. Sərnişinin huşunu itirdiyini görən sürücü onu avtobusun salonundan təhlükəsiz şəkildə kənara çıxarır və daha sonra avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə sərnişinə ilk tibbi yardımı göstər. Bundan sonra sürücü sərnişini əraziyə çağrılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verir.

M.Piriyev bildirib ki, hər bir avtobus sürücüsü zərurət yarandıqda sərnişinə yardım etməyi bacarmalıdır. Bu hadisə zamanı da sürücü öz vəzifə borcunu layiqincə yerinə yetirib və insani davranış sərgiləyib. ""BakuBus" sürücülərinin hər biri bu kimi hallarla bağlı təlimatlandırılıb və xususi kurslara cəlb edilib. Keçirilən kurslarda onlara nəzəri biliklərlə yanaşı, ilkin tibbi yardım qaydaları ilə bağlı praktiki məşgələlər də keçirilir. Bununla yanaşı, bütün avtobuslarımızda sürücü kabinəsində "Sürücünün yaddaş kitabçası" var. Həmin kitabçada ilkin tibbi yardımla bağlı ətraflı məlumatlar əks olunub. Eyni zamanda qəza, fövqəladə hal və ya bədbəxt hadisələr zamanı ilk olaraq, hansı qaydalara əməl etmək və baş verən hadisə zamanı zərərçəkənə ilkin tibbi yardımın göstərilməsi qaydaları izah olunub. "BakuBus" şirkəti olaraq, qarşımıza qoyduğumuz əsas hədəf hər zaman keyfiyyətli xidmətimizlə seçilməkdir. Biz çalışırıq ki, sürücülərimizin peşəkarlığını daim artıraq, onlara müsbət kefiyyətlər aşılayaq. Son zamanlarda baş vermiş bu kimi hadisələr zamanı sürücülərimizin peşəkarlığı və öz işlərinə məsuliyyətlə yanaşmaları görülən işlərin müsbət nəticəsi kimi qarşımıza çıxır", deyə mətbuat katibi qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2428   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021