"Balamı doyunca görmədim..." ərinin 7 yaşlı uşağını çəkiclə öldürüdüyü ananın ah-naləsi göylərə qalxdı
Qatil ata Allahin əmanətinə belə xəyanət etdi…
Röyamin Məmmədov ömrünün yeddinci baharını yaşayırdı. Amma bu digərlərindən fərqli oldu – Qanlı və sonuncu bahar. Röyamin məhz ana təbiətin canlandığı bir vaxtda anasından ayrı düşdü. Özü də ki atasının əli ilə. Qatil ata Allahin əmanətinə belə xəyanət etdi… Royal və Günel 2009-cu ildə tanış olmuşdular. Valideynlərin razılığı olmadığından Günel ögey xalası oğluna qoşulub qaçır. Ailənin tək övladının bu addımı Sadəxanımın ürəyincə olmasa da sadəlövhcəsinə razılaşır. Qızına xeyir-dua verir və özü tək olduğundan onları yanına gətirir. Beləliklə, Röyal və Günelin ailə həyatı başlayır…
Amma xoşbəxt günlər çox davam etmir. Günelin sözlərinə inansaq, həyat yoldaşı müxtəlif qadınlarla əlaqə quraraq ailədə problemlərin əsasını qoyur. Royal bu problemlərdən çıxış yolunu Günelə fiziki güc tətbiq etməkdə, ailəyə dava-dalaş salmaqda görür. Dava-dalaşın sonunda o evdən çıxıb gedirmiş. Hətta bir gün eşidirlər ki, onun başqa kənddə bir övladı da dünyaya gəlib. Amma bütün bunlara 3 uşaq anası razı olur. Hətta həyat yoldaşının dayısını və o biri arvadının anasını döydüyünə görə həbsə düşəndə də onun yanında olur. Ailəni dolandırmaq öhdəliyi də Günel və anası Sadəxanımın üzərindədir. Qazancını görməsələr belə….. Bütün bunlar isə hər dəfə ailə bağlarını qırır. Dözməyən Günel ötən ilin sentyabrında məhkəməyə müraciət edir- boşanmaq istəyir. Bildirilir ki, prosesin başlaması üşün ödəmə edilməlidir. Ona isə Günelin gücü catmır və Röyalla işgəncə dolu həyatını yaşamağa davam edir. Ta ki, bu il martin 20-də evdə mülk üstündə başlayan davalara qədər…
Bu gün Sabirabadın ən böyük kəndlərindən olan Ulacalı bütün qan ağlayıb. Daha çox peşman olan isə Röyaminin nənəsi Sadəxanımdır. Deyir, nəvəmi öz əlimlə geyindirib verdim atasına ki, apar. Halbuki uşaq gözünün yaşını tökdü - nənə, məni atam vermə, mən çox qorxuram deyə.
Röyaminin həyatına son qoyan qatil ata isə həbs edilib. Ailə qanunlarını, ardınca isə müqəddəs qaydaları pozan Röyal artıq Cinayət Məcəlləsi ilə sözün bütün mənalarında "oturub-durmalı" olacaq.
Mənbə: istipress
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş