Son dəqiqə: Azərbaycanda məşhur bazar sökülür?

Son dəqiqə: Azərbaycanda məşhur bazar sökülür?"Şərq" bazarının söküləcəyi ilə bağlı yayılan xəbər doğru deyil.

Bunu publika.az-a açıqlamasında Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov deyib.
"Həmin tikili həm də mədəniyyət abidəsi hesab edilir. Buna görə də onun sökülməsi real deyil. Həmin tikilinin sökülməsi ilə bağlı fikir olsa, ilk növbədə icra hakimiyyəti olaraq ilkin sənədləşmə bizimlə aparılacaq. Lakin bizdə həmin abidənin sökülməsi ilə əlaqədar heç bir məlumat yoxdur"

H.Cəfərov bildirib ki, həmin tikili ətrafındakı fərdi yaşayış evlərində söküntü işləri aparılır: "Bu işlər pilot layihə çərçivəsində həyata keçirilir. Həmin evlər sökülüb yerində yeni binalar tikiləcək. Lakin "Şərq" bazarının söküntüsü ilə bağlı heç bir fikir yoxdur, yayılan xəbər də kiminsə arzusu ola bilər".
Ərazidə söküntü işlərinə İcra Hakimiyyəti nəzarət etsə də, "Şərq" bazarının memarlıq abidə olması həm də onun söküntüsü üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icazəyə ehtiyac var.

Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovla əlaqə saxladıq. O, "Şərq" bazarının söküntüsü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə heç bir rəsmi məlumatın daxil olmadığını dedi.

***
Bakının Nərimanov rayonu ərazisində yerləşən "Şərq" bazarı söküləcək.
Bu haqda məlumatı "müsavat" yazıb. Sayt bildirir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşəcək:
"Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də "Şərq" bazarı böyük ehtimalla, plana düşəcək. Düzdür, ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcək".

Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2801   Tarix: 30 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda gənc oğlanı avtobus vurub

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. APA-ya istinadən xəbər verir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında qeydə alınıb. 2004-cü il təvəllüdlü Əliyev Taleh Mustafa oğlu yolu keçərkən onu sərnişin avtobusu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılı

24 aprel
.

Meksikanın takosu, Türkiyənin simiti, Sumqayıtın nəyi? - VIDEO

Bəzən küçədə və yad şəhərdə olanda hansısa ləzzətli bir qoxu, sərin su bizim aldığımızı daha da artırır. Bu aclıq bizi yeməklərdən və küçə ləzzətlərindən dadmağa vadar edir. Restoran yeməklərindən daha ucuz başa gələn bu yeməklər işə tələsən, gəzməyə çıxan hər kəsi, xüsusən turistlərin seçim zamanı verdiklər

24 aprel
.

Faciəvi səhv, kəsilmiş kəndir - Alpinizmin qızıl dövrü niyə bitdi?

XIX əsrin 50-60-cı illəri alpinizmin qızıl dövrü adlanır. Həmin illərdə zəngin ailələrdən olan ingilislər bu idman növünü fəal şəkildə mənimsəməyə başlamışdılar. Əsas diqqəti Alp dağlarına verilirdi. Zirvələr bir-birinin ardınca fəth edilir, bir marşrut üzrə bir neçə zirvəyə qalxmaq üzrə rekordlar qeyd

23 aprel
.

Köçəryandan delimitasiya açıqlaması: "Mübahisəli ərazilərə çatanda…"

"Mübahisəli ərazilərə çatanda danışıqlar başlayacaq". xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədin delimitasiyasından danışarkən deyib. O bildirib ki, Tavuşda delimitasiya prosesi başa çatdıqdan sonra sərhəd ərazilə

24 aprel
.

Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?

Yaratdığı məişət qalmaqallarına görə, cəmiyyətdə müntəzəm olaraq tənqid hədəfinə çevrilən bəzi sosial yönümlü verilişlərin mövsüm sonunda, yəmni iyun ayının axırında birdəfəlik efirdən yığışdırılacağına dair iddialar yayılıb. Sosial şəbəkələrdə yayılmış məlumata görə, ATV-də Zaur Bəxşəliyevin "Bizimləsən"

24 aprel
.

Paşinyan istefa verərsə, sülh müqaviləsinin taleyi necə olacaq? - ŞƏRH

Daha əvvəl, Ermənistan mətbuatında Nikol Paşinyanın istefası ilə bağlı çıxan yazıların 1 aprel – Gülüş günü ilə əlaqədar "zarafat" olduğu üzə çıxdı. Lakin bildirmişdik ki, Paşinyan özünəyaxın müxalifətini yeniləmək məqsədilə seçkilərə bilər. İki ölkə arasında baş verən danışıqlardan sonra Ermənista

24 aprel
.

Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO

Mənzil bazarında durğunluq müşahidə olunur. -ın məlumatına görə, əmlak eksperti Ramil Qasımzadə bildirib ki, havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında, xüsusən də həyət evlərinin satışında aktivlik azalıb. Ekspert bildirir ki, vətəndaşlar yüksək məbləğdə pul ödəyib azsahəli mənzil almaq istəmirlər

23 aprel
.

Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfov

23 aprel
.

Bu əsgərin işi timsah ovlamaqdır - FOTO+VİDEO

ABŞ-nin Florida ştatında yaşayan qəfəs döyüşçüsü və keçmiş əsgər Mayk Draqiç (34) həm də lisenziyalı timsah ovçusudur. xarici mənbəyə istinadən xəbər verir ki, aprel ayından etibarən timsahların sayı artıb. Sözügedən bu canlılar hər zaman olduğu kimi, insanların sıx məskunlaşdığı ərazilərə üz tutublar

24 aprel