Rasim Balayevi kinoya çəkib pulunu kəsdilər - Dünən təqdimatı olan filmin ŞOK GİZLİNLƏRİ

Rasim Balayevi kinoya çəkib pulunu kəsdilər - Dünən təqdimatı olan filmin ŞOK GİZLİNLƏRİUzun fasilədən sonra xalq artisti Rasim Balayev yeni filmə çəkildi. Amma təəssüflər olsun ki, filmin qala gecəsində sevimli aktyoru görmədik.

Filmin rejissoru Elvin Əhmədov yeniçağ.az-a açıqlamasında aktyorun təqdimata gəlməməsini belə izah edib: "Rasim Balayev çox istəyirdi ki, bu filmin qala gecəsinə qatılsın. Amma onun səhhəti ilə bağlı ciddi problemlər yaranıb. Buna görə də aktyor gələ bilmədi".

Qeyd edək ki, "Sara" adlı filmin rejissoru Elvin Əhmədov, ssenari müəllifi Fərəc Süleymanov, operatoru Ruslan Ağazadə, baş prodüseri Cəmil Cəfərovdur.

Filmdə xalq artisti Rasim Baleyev, əməkdar artistlər Qurban İsmayılov, Fuad Osmanov, Duyğu Dəvəli, Zarina Qurbanova, Cəmil Cəfərov, Elvin Əhmədov və başqaları çəkilib.

O da məlum olub ki, ekran işi 100 min manata ərsəyə gəlib.

Xalq artisti Rasim Balayev yeniçağ.az-a açıqlamasında qala gecəsinə gəlməməsini səhhətindəki narahatlıqla izah edib: "Belimdə ağrılar vardı, istəmədim belə vəziyyətdə gəlim. Həm də axsaya-axsaya səhnəyə çıxmaq mənə yaraşmaz".

Aktyor filmə çəkilməsindən də danışıb: "Mən əslində o filmə çəkilmək istəmirdim. Gəldilər, yalvardılar, dostlarımı minnətçi saldılar. Qonorara çatanda dedilər çəkil, amma pulumuz yoxdur. Mən də dedim bu necə olur, dilənçixana-zaddır bəyəm? Əgər pulunuz yoxdursa, nə vacibdir film çəkirsiniz? Nə isə axırda razılıq verdim. Qonorarın miqdarı barədə isə heç danışmağa dəyməz. Necəydi, film xoşunuza gəldimi?"

Xalq artistinin sualına cavab olaraq bildirək ki, təqdimatı keçirilən "Sara"ya məhz onun roluna görə baxmaq olar. Amma bu yerdə bir məsələ qaranlıq qalır: 100 minə başa gələn filmdə Rasim Balayevin zəhməti niyə cüzi qiymətləndirilib? Sonra da deyirlər sənətkarlar filmlərdən imtina edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2385   Tarix: 07 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niftulla Əsgərov vəfat etdi

Əməkdar artist Niftulla Əsgərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib. Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb

22 yanvar
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

Xalq artisti Elgiz Əkbərdən niyə incidi?

Martın 10-da Xalq artisti Naibə Allahverdiyevanın yubiley tamaşası keçirilib. Naibə Allahverdiyeva tamaşaya aparıcı Elgiz Əkbəri dəvət etsə də, aparıcı tamaşaya gəlməyib. Elgiz Əkbər öz proqramında Naibə Allahverdiyeva ilə canlı bağlantı quraraq, efirdə ondan üzr istəyib. -a açıqlama verən aktrisa incikliyin

13 mart
.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

"Azərbaycanlı rolunu oynadım, hamı məni "Ay balam" çağırdı" - Türkiyəli aktyor

Türkiyəli kino aktyoru Ruhi Sarı azərbaycanlı rolunu ifa etməsi barədə danışıb. -ın -a istinadən xəbərinə görə, 2002-2003-cü illərdə ekranlara çıxmış "Yarım elma" adlı serialda azərbaycanlı Huşəng rolunu canlandıran aktyor bu rola görə problemlər yaşadığını bildirib. "Dedilər azərbaycanl

25 yanvar
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar