Dəhşət! Matçdan bir neçə saat öncə futbol komandasının avtobusunu partlatdılar - FOTOLAR

Çempionlar Liqasının 1/4 finalı çərçivəsində keçirilməli olan "Borussiya" (Almaniya) - "Monako" (Fransa) oyunundan öncə Dortmundda meydan sahiblərini matça aparan avtobusun yaxınlığında 3 partlayış baş verib.

Prosport.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hələlik partlayışların xarakteri və predmeti məlum deyil.

Partlayışlar nəticəsində avtobusun təkərlərinə ziyan dəyib, pəncərələr sınıb.

Komandanın ispaniyalı müdafiəçisi Mark Bartra yaralandığı üçün xəstəxanaya aparılsa da, onun səhhətində ciddi problem yoxdur.

Son xəbərə görə, partlayış mobil telefon vasitəsilə edilib. Üstəlik, təhlükəsizlik orqanları komandanın qaldığı otelin kənarında məktub tapıblar. Orda bu terror aktını üzərinə götürən qurumun adı yazılıb. Lakin alman polisi həmin qruplaşmanın adını açıqlamayıb.

Qeyd edək ki, bu partlayışa görə dünən oyun baş tutmayıb. Həmin matç bu gün keçiriləcək.
Dəhşət! Matçdan bir neçə saat öncə futbol komandasının avtobusunu partlatdılar - FOTOLARDəhşət! Matçdan bir neçə saat öncə futbol komandasının avtobusunu partlatdılar - FOTOLARDəhşət! Matçdan bir neçə saat öncə futbol komandasının avtobusunu partlatdılar - FOTOLARDəhşət! Matçdan bir neçə saat öncə futbol komandasının avtobusunu partlatdılar - FOTOLAR

İdman   Baxılıb: 1061   Tarix: 12 aprel 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az