Erməniləri vəlvələyə salan pilotsuz uçuş aparatımız - FOTO

Erməniləri vəlvələyə salan pilotsuz uçuş aparatımız - FOTOAzərbaycanın layihələndirdiyi "Zərbə KH" pilotsuz uçuş aparatı barədə müdafiə sənayesi naziri Yavər Camalovun açıqlaması Ermənistanda ciddi qorxu yaradıb.

Sonxeber.az İstipress-ə istinadən xəbər verir ki, erməni hərbi ekspertlər bu açıqlamalara dərhal cavab verərək qorxuya düşmüş erməni ictimaiyyətini sakitləşdirməyə çalışıblar.

Yavər Camalov Nazirlər Kabinetinin iclasında "Zərbə KH" (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olduğunu bildirib.

Təbii ki, erməni KİV-ləri bu açıqlamanı dərhal şərh etdirməyə çalışıblar. Amma açıq görünür ki, erməni hərbi ekspertlər erməni mediasına verdikləri müsahibələrdə ölkələrində yaranmış qorxunu azaltmağa yönəlib. Misal üçün, erməni hərbi ekspert Arkadi Qriqoryan "News.am"a verdiyi müsahibəsində dünyada hələ belə silah yaradılmadığını iddia edib:

"Yüksək elektromaqnit impulslu texnika və silahların yaradılması üzrə işlər bütün dünyada aparılır, amma müəyyən uğurlu nəticələr hələ ki, yoxdur. Beləliklə, Azərbaycan dünyanın aparıcı silah istehsalçılarını - Rusiyanı, ABŞ-ı, Çini, İsraili ötüb keçmək niyyətinə düşüb".

Lakin elə Yavər Camalovun Nazirlər Kabinetinin iclasında dediyi sözlər erməni ekspertinin dediklərinin blef olduğunu göstərir:

"Bildiyiniz kimi, aprel döyüşləri zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının dəqiq müəyyənləşdirilib məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynayıb. Bu istiqamətdə məqsədyönlü işlər davam etdirilir".

Aprel döyüşlərinin gedişi də göstərdi ki, dünyada və Azərbaycan ordusunda belə silahlar var. Əslində, aprel müharibəsi onlarla tankdan ibarət erməni qoşun birləşmələrinin hücum edərək Yevlax - Mingəçevir istiqamətinə çıxmaq istəyi ilə başladı. Azərbaycan peyk nəzarəti vasitəsi ilə bunu müəyyən etdi və erməni mətbuatının "kamikadze" adlandırdığ pilotsuz uçuş aparatları ilə düşmən hərbi dəstəsini məhv etdi. Nəticədə, 15-dən artıq erməni tankı yararsız hala düşdü. Bu barədə məlumatlar Rusiya KİV-lərində xüsusilə geniş şərh edilirdi. Həmin günlər ermənilər "kamikadze" pilotsuz uçuş aparatlarından elə qorxurdular ki, hətta bir neçə avtomobilin bir dəstədə getməsinə icazə vermirdilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1571   Tarix: 12 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snaype

15 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Türkiyə ordusu terrorçuları MƏHV ETDİ

İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib. -ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara daha bir ağır zərbə vurublar. Gara bölgəsind

4 sentyabr 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021