Sırğa oğurluğunda ittiham olunan aktyorumuz danışdı: "Bunu böyütmək lazım deyil"

Sırğa oğurluğunda ittiham olunan aktyorumuz danışdı: "Bunu böyütmək lazım deyil"Oğurluqda ittiham olunan xalq artisti Ramiz Məmmədov yaradıcılığından, şəxsi həyatından və son dövrlər adının hallandığı oğurluq hadisəsindən danışıb.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, aktyor bildirib ki, o, şər-böhtanla üz-üzədir:

"Mən bu məsələyə görə çox təəccüb hissi keçirdim. O insanlar bilmədən öz savadsızlıqlarını nümayiş etdirdilər. Bir insan oğurluqla, yerdən bir əşyanı tapmağı ayıra bilmirsə, mən başqa nə deyə bilərəm?! Bunu gərək bilərdilər, araşdırardılar. Hər kəsin gəlib nəsə ittiham etməsi düzgün deyil. Bu, səhv və savadsızlıqdır. Hüquqi məsuliyyət daşıyanlar ittiham edə bilər. Cinayətkarı ittiham edərlər, cinayəti olan yerdə. Cinayət olmayan yerdə kimsə durub kimisə ittiham edir, onu da götürüb telekanalda verirlər. Bununla da millətin qarşısında savadsızlıqlarını nümayiş etdirdilər".

Aktyor onu da deyib ki, son dövrlər yaranan bu xoşagəlməz söz-söhbətlər onun nüfuzuna xələl gətirə bilməz: "Bu olanlar mənim nüfuzuma təsir edə bilməz. Əksinə, çoxsaylı insanlar mənə zəng etdi, dəstək oldu. Dedilər, Allah sənə səbir versin. Bəziləri mənə kömək etmək istədiklərini söylədilər. Dedim ki, heç nə lazım deyil, onlar Allahın qarşısında cavab verəcəklər. Sadəcə geci-tezi var. Yəni şər atmaqla, yalan danışmaqla iş bitmir ki... Yalan ayaq açar, amma yeriməz. Vaxt gələcək, onlar tutduğu əməllərdən, söylədikləri yalanlardan özləri peşman olacaqlar. Onu da Allah bağışlayar, bağışlamaz, onu bilmək olmaz".

R.Məmmədov bildirib ki, bu mövzuya görə polislərlə də danışmalı olub: "Polislər də bu məsələni araşdırdı. Nizami rayonu Polis bölməsində bir müstəntiqlə danışdım. Dedilər ki, Ramiz müəllim burada bir şey yoxdur. Narahat elədik sizi. Bağışlayın, burada heç bir əsas yoxdur. Mən əyilib yerdən nəsə götürmüşəmsə, bu o demək deyil ki, kiminsə sırğası, saatı və boyunbağısıdır. Tapdığım əşyanı ev yiyəsinə vermişəm. Burada nə var ki? Bax, məsələ belə olub. Bunu böyütmək lazım deyil".

Qeyd edək ki, hadisə 5 ay öncə olub. Bakı sakini Südabə Zalova şadlıq evində üst geyimini çıxardan zaman sırğasını itirdiyini və həmin zinət əşyasını R.Məmmədovun oğurladığını iddia edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3044   Tarix: 15 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021