Erməni generaldan GÜLÜNC AÇIQLAMA: "Mingəçevir və Gəncəni vura bilərik"

Erməni generaldan GÜLÜNC AÇIQLAMA: "Mingəçevir və Gəncəni vura bilərik"Erməni general Yuri Xaçaturovun KTMT baş katibi seçilməsindən sonra Ermənistan hərbçiləri yeni müharibə bəyanatları verməyə başlayıblar.

Sonxeber.az İstipress-ə istinadən xəbər verir ki, 2016-cı ilin aprel döyüşlərində geri çəkilmədən danışan general-mayor Arkadi Ter-Tadevosyan (Komandos) "Lragir"ə verdiyi müsahibəsində Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini "İskəndər" raketləri ilə vura biləcəklərini iddia edib.

Jurnalist Siranuş Papyan Azərbaycanın "İskəndər" raketləri və ya bu tipli silah alıb-ala bilməməsi ilə bağlı sual verib: "Yoxsa biz öz "İskəndər"lərimizlə daha irəlidəyik və Azərbaycana sarsıdıcı zərbələr vura bilərik".

"İskəndər" raketlərinin lazımi effekt alınması üçün istifadə edilə biləcəyini bildirən Arkadi Ter-Tadevosyanın cavabı isə ikibaşlı olub: "Əgər onlar Ermənistanı hədəfə alsalar, onda yalnız insanlar qurban gedəcəklər. Amma Kirovabadda (Gəncə - red.) böyük zavodlar, Mingəçevirdə su anbarı var, bu, Azərbaycanı iflic edə bilər".

Təbii ki, erməni general Azərbaycanın çoxlu insan itkilərindən qorxaraq Ermənistana raket atmayacağını düşünür. Bu fikri erməni hərbçilərinin çoxu irəli sürür və Azərbaycanı Dağlıq Qarabağı tanımağa məcbur etmək üçün Mingəçevirdə su anbarı kimi strateji nöqtələri vurmağı təklif edirlər. Guya ondan sonra Azərbaycan qorxuya düşəcək və Ermənistanla təslimçi sülh imzalayacaq.

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov İstipress-ə müsahibəsində bunu Arkadi Ter-Tadevosyanın növbəti blefi kimi dəyərləndirib:

"Özünə Komandos ləqəbi uydurmuş Arkadi Ter-Tadevosyan 10 ildir ki, Azərbaycanı vurur. Sadəcə, işsiz qalıb, görür ona fikir verən yoxdur, gah Mingəçeviri, gah da BTC-ni vurmağı təklif edir. Sonra onu yerinə oturdurlar ki, bir az çox giclədin".

Üzeyir Cəfərovun sözlərinə görə, Mingəçeviri və Gəncəni vurmağa risk etmək Ermənistan üçün intihar addımı ola bilər:

"Bircə risk edib düyməni bassınlar. Azərbaycanın Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu bütün Ermənistanı yerlə yeksan etməyə qadirdir. Əgər Ermənistan belə bir addım atarsa, Azərbaycan heç nəyə baxmayacaq və Ermənistanı yerlə yeksan edəcək. Atalar demişkən, ölmək-ölməkdir, xırıldamaq nə deməkdir".
Erməni generaldan GÜLÜNC AÇIQLAMA: "Mingəçevir və Gəncəni vura bilərik"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 4399   Tarix: 15 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Belə ki, axşa

15 avqust 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021