Qənirə Paşayevadan VİDEOAÇIQLAMA: "Tovuzdan olan imkanlı adamlara müraciət edirəm"

Qənirə Paşayevadan VİDEOAÇIQLAMA: "Tovuzdan olan imkanlı adamlara müraciət edirəm"Milli Məclisin deputatı Qənirə Paşayeva futbol üzrə Azərbaycan I divizionunun çempionu "Turan Tovuz"u təbrik edib.

Xanım millət vəkili "Qafqazinfo"ya açıqlamasında komandanın Topaz Premyer Liqasına qayıdışına sevindiyini və bu dönüşün möhtəşəm olacağını bildirib.

O, həmçinin Tovuzun futbol ənənələrindən də danışıb: "Turan" köklü klublardan biridir. Hamı Tovuzda futbola marağın nə dərəcədə olduğunu bilir. Bu rayonun köklü futbol ənənələri var. Düşünürdülər ki, komandanın uğurlu günləri bitdi. Amma əksini sübut etdilər. Komandanın Premyer Liqaya qayıdışı əlamətdar hadisədir. Ümid edirəm ki, aidiyyatı qurumlar klubun əsas çempionatda çıxışına kömək edəcəklər. Mən də bunun üçün əlimdən gələn nə varsa, onu yerinə yetirəcəm. Hazırki vəziyyətdə "Turan"ın Azərbaycan çempionatında oynaması üçün heç bir maneə yoxdur. Tək problem maddi məsələdir. Buna görə də mən və klub rəhbərliyi istər ölkə daxilində, istər sərhədlərimizdən kənarda yaşayan imkanlı şəxslərə səslənmişik. Əgər mümkünsə, kömək olsunlar və komanda Topaz Premyer Liqasında da çıxışını davam etdirsin. Mən klub rəhbəri Oqtay Abdullayevlə də görüşdüm. Danışığımız oldu ki, biz komandaya kömək edəcək tovuzlu şəxslərə müraciət edək. Əvvəlcə Tovuzdan olan imkanlı adamlara müraciət edirəm. Tovuzlu olmayanlar da yardım etmək istəsə, qapılar üzünə açıqdır".

Millət vəkili Tovuzlu məhşur iş adamı İlham Rəhimovun klubu himayəsinə götürəcəyi ilə bağlı yazılan xəbərlərə də şərh verib: "Onunla bizim heç bir danışığımız olmaylb. Amma klub rəhbərliyinin İlham Rəhimova müraciət edib-etmədiyindən xəbərsizəm. Bu barədə heç bir məlumatım yoxdur. Mən ümumi olaraq imkanlı şəxslərə səslənmişəm. Klubun uğuru üçün hamımız kömək etməliyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4352   Tarix: 15 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14 aprel
.

Mbappedən mövsümün rekordu

PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 40-dan çox qol vuran ilk avropalı olub. "Qafqazinfo" xəbər verir ki, Fransa millisinin üzvü son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə oyunda dubl edib. 25 yaşlı forvard ümumilikdə 42 matçda (24-

17 aprel
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12 aprel
.

Hacı Əliyevin son durumu AÇIQLANDI

"Özümü yaxşı hiss edirəm". Bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib. H.Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır:. "Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir

25 aprel
.

Azərbaycanlı baş məşqçi Xavi ilə görüşəcək - FOTO

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub. "Report" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb. Mütəxəssisi

24 aprel
.

Dünyanın ən uğurlu futbol klubları - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) hər ay müntəzəm olaraq dərc etdiyi ilin komandalarının siyahısını yeniləyib. xəbər verir ki, siyahıya "Mançester Siti" liderlik edir. Dünyanın ən uğurlu futbol klublarını təqdim edirik:. 1. "Mançester Siti". 2. "Rea

16 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

Azərbaycanda federasiyanın sabiq baş məşqçisi vəfat etdi

1983-85-ci illərdə "Araz" futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib. Bu barədə "Araz-Naxçıvan"ın Mətbuat Xidməti məlumat yayıb. Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib. Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıva

24 aprel
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21 aprel