SON DƏQİQƏ! Aprel döyüşləri zamanı ordumuza kömək edən bu icra başçıları mükafatlandırıldı

SON DƏQİQƏ! Aprel döyüşləri zamanı ordumuza kömək edən bu icra başçıları mükafatlandırıldıAprel döyüşləri zamanı Silahlı Qüvvələrə göstərdikləri dəstəyə görə bəzi icra başçıları mükafatalandırılıb. Müdafiə Nazirliyindən verilən məlumatagörə, cəbhəboyu zonada yerləşən Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Şəmkir, Tərtər və Xocavənd rayonlarının icra hakimiyyəti başçılarına Müdafiə nazirinin xüsusi mükafatları təqdim edilib.

Mükafatlar bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümünə həsr olunan mərasimdə təqdim edilib.

Mərasimdə çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ilin aprel ayında Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırıb. O, qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində orduda kompleks islahatlar aparılaraq yeni və müasir döyüş texnikaları, hərbi vasitələr silahlanmaya daxil edilib. Kadrların peşəkarlığının yüksəldilməsi istiqamətində praktik addımlar atılıb, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksəldilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilir. General-polkovnik Zakir Həsənov vurğuladı ki, Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda dövlət başçısı tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir.

2016-cı ilin aprel döyüşləri zamanı Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirərək döyüş tapşırığının icrasında yüksək peşəkarlıq və əzm nümayiş etdirmiş, hər kəsə örnək ola biləcək qəhrəmanlıqlar nümayiş etdirmiş şəxsi heyətin təltif edilməsi haqqında əmr oxunub. Döyüşlərdə fərqlənən hərbi qulluqçulara medallar və fəxri fərmanlar təqdim olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3198   Tarix: 15 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsrailə 12 mindən çox raket atılıb

Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v

7 aprel
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel
.

İsrail cavab zərbəsi endirəcək: İrandan ABŞ-yə XƏBƏRDARLIQ

İsrail "yaxın 48 saat ərzində" İrana cavab verəcək. Bu barədə İsrail mediasında qeyri-rəsmi məlumatlar yayılıb. Öz növbəsində, Tehran İsveçrə vasitəsilə ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, onun bazaları hərbi hədəfə çevriləcək. Bunu İran Silahlı Qüvvələrini

14 aprel
.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel
.

Ermənilərin döyüş postu darmadağın edilib - RƏSMİ

Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi "Qisas əməliyyatı" zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Bununla bağlı DSX məlumat yayıb

13 fevral
.

Qarabağdakı antiterror tədbirlərindən yeni görüntülər - VİDEO

Ötən il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri ilə bağlı yeni görüntülər üzə çıxıb. Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb. Bizim.Media-nın yaydığı görüntüləri təqdim edir

8 fevral
.

Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi

Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu

31 mart