Türkiyədə "Evet" bu 27 dəyişikliyə verilib - SİYAHI

Türkiyədə "Evet" bu 27 dəyişikliyə verilib - SİYAHIXəbər verdiyimiz kimi, Türkiyədə bu gün referendum keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, Türk xalqı 51,37%-lə konstitusiya dəyişikliyinə "hə" deyib.

Oxucularımızın marağını nəzərə alaraq qardaş ölkədə "hə" deyilən dəyişiklikləri təqdim edirik.

Qeyd edək ki, aprelin 16-da Türkiyə xalqı 200 illik bir idarəçilik sisteminin ləğvinə "Evet" deyib.

Yeni konstitusiyanın maddələri aşağıdakılardan ibarətdir və Türkiyədə bu dəyişikliklər baş tutacaq.

1. Türkiyə Böyük Millət Məclisinin (Parlamentin) deputatların sayı 550-dən 600-ə qaldırılacaq.

2. Deputat seçilmək yaşı 25-dən 18-ə endiriləcək

3. Parlament və prezident seçkiləri 5 ildən bir olacaq, seçkilər eyni gündə baş tutacaq.

4. Parlament nəzarət və məlumat əldə etmə səlahiyyətini "Parlament araşdırması", "Ümumi toplantı", " Parlament istintaqı" və "Yazılı sual" yolu ilə istifadə edə biləcək.

5. Prezidentin partiyasıyla əlaqəsi kəsilməyəcək.

6. Prezidentin vəzifə müddəti 5 il olacaq, bir adam ən çoxu 2 dəfə prezident ola biləcək.

7. Prezidentliyə seçkilərdə etibarlı səslərin ən az 5%-ni alan partiyalar ilə ən azı 100 min seçici namizəd göstərə biləcək.

8. Seçkidə etibarlı səslərin tam əksəriyyətini alan namizəd prezident seçiləcək.

9. Prezident "dövlət başçısı" olacaq, icra mandatı ilə birlikdə baş komandanlığı təmsil edəcək.

10. Prezident müavinlərini, yəni vitse-prezidentləri və nazirləri təyin edə, həmçinin vəzifələrinə xitam verə bilər.

11. Prezident konstitusiya dəyişikliklərinə dair qanunları lazım bildiyi təqdirdə referenduma təqdim edə biləcək.

12. Prezident icra nümayəndəsinə bağlı məsələlərdə prezident fərmanı verə biləcək.

13. Qanunda açıq şəkildə tənzimlənən məsələlərdə prezident fərman verə bilməyəcək.

14. Parlamentin həmin məsələdə qanun qəbul etməsi vəziyyətində, prezident fərmanı qanunsuz sayılacaq.

15. Parlament prezident, vitse-prezidentlər və nazirləri haqqında istintaq açılmasını tələb edə biləcək.

16. Barəsində cinayət işi açılan prezident seçki qərarı verə bilməyəcək.

17. Prezident bir və ya birdən çox vitse-prezident təyin edə biləcək.

18. Vitse-prezidentlər və nazirlər deputat seçilmək iqtidarına malik olanlar arasından prezident tərəfindən təyin oluna və vəzifəsindən çıxarıla biləcək.

19. Deputatın vitse-prezident və ya nazir təyin olunması vəziyyətində parlamentə üzvlükləri başa çatacaq.

20. Parlament üzvlərinin ümumi sayının beşdə üç əksəriyyəti ilə seçkilərin yenilənməsinə qərar verə biləcək.

21. Prezident qanunda tənzimlənən uyğun şərtlərin reallaşması vəziyyətində "fövqəladə vəziyyət" elan edə biləcək.

22. İntizam məhkəmələri istisna olmaqla, hərbi məhkəmələr qurulmayacaq.

23. Hakimlər və Prokurorlar Ali Qurumunun adı, Hakimlər və Prokurorlar Qurumu şəklində dəyişəcək.

24. Büdcəni prezident Parlamentə təqdim edəcək.

25. Nazirlər Kabineti olmayacaq. İcra səlahiyyəti və vəzifəsi, prezident tərəfindən konstitusiyaya və qanunlara uyğun olaraq, istifadə ediləcək və yerinə yetiriləcək.

26. Parlamentin növbəti seçkisi və prezident seçkiləri 3 noyabr 2019-ci il tarixində birlikdə keçiriləcək.

27. Hərbi prokurorluq, hərbi ali məhkəmə və hərbi məhkəmələr yığışdırılacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 640   Tarix: 17 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

21 yaşlı voleybolçu qız intihar etdi

"Zareçye Odintsovo" çimərlik voleybol klubunun və Rusiyanın gənclərdən ibarət çimərlik voleybolu komandasının voleybolçusu Arina Mixaylina intihar edib. -ın xarici mediaya istinadən xəbərinə görə, 21 yaşlı qız 1-ci Siniçkina küçəsində, Moskva Energetika İnstitutunun yataqxana binasının yaxınlığınd

24 aprel
.

"Şeytanın kometası" Yerə sürətlə yaxınlaşır - Tezliklə hamı onu görə biləcək

Daha çox "şeytanın kometası" kimi tanınan 12P/Pons-Brooks çox tezliklə Günəşə ən yaxın məsafədə olacaq və biz onu adi gözlə görə biləcəyik. xəbər verir ki, bu dövrdə xüsusilə parlaq və gecə səmasında görünəcək. Kometa vulkanı kimi tanınan bu astronomik obyektin diametri təqribən 17 km-dir v

23 aprel
.

Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO

Almaniya prezidenti Frank Valter Ştaynmayer Türkiyədə rəsmi səfərdə olan zamanı rəngli görüntülər qeydə alınıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ştaynmayer Almaniyanın Tarabyadakı səfirliyinin yay iqamətgahında dönər kəsərək ətrafdakıları qonaq edib. O, bildirib ki, Almaniyada dönərdən dah

23 aprel
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23 aprel
.

DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı

ABŞ-nin Oklahoma Siti şəhərində beş nəfərin meyiti tapılıb. xəbər verir ki, bu barədə ABC televiziyası şəhər polisinə istinadən məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları onları kütləvi qətlin qurbanı hesab edir. Meyiti tapılanlardan ikisi uşaqdır. Hadisə ilə bağlı araşdırmalara başlanılı

23 aprel
.

Şagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü

Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı

24 aprel
.

Vergi dairəsində işləyən məmur rüşvət alarkən yaxalandı - VİDEO

Türkiyədə məmur rüşvət alarkən yaxalanıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbul'da vergi dairəsində işləyən icra məmur, vergi borcu olan kişiyi təhdit edərək rüşvət tələb edib. Məmur rüşvət alarkən polis tərəfindən cinayət başında saxlanılıb. Hadisə ilə bağlı 2 nəfər məhkəmə qərarı il

24 aprel
.

Müəllim şagirdə dərs yazmaq əvəzinə rəqs etməsini istədi - VİDEO

Bir tələbə 15.00 sözlük məqalə yazmamaq üçün rəqs edib. xarici KİV-ə istinadən xəbər verir ki, tələbədən biotibbi mühəndislik mövzusunda 15.00 söz yazmağı tələb edən ənənəvi sənəd əvəzinə, bütün otağın qarşısında 15 saniyəlik rəqs etmək seçimi verilib. Tələbə tərəfindən yerləşdirilən video dərhal vira

24 aprel
.

"Qız qülləsi" bağlanır - SƏBƏB

Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adadakı "Qız qülləsi" bir həftə müddətinə bağlı olacaq. Türkiyə mediasına istinadən xəbər verir ki, Mədəni İrs və Muzeylər Baş İdarəsim məlumat yayıb. "Qız qülləsi" Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən nəzarət işlərini

23 aprel