Ərinizin varlanmasını istəyirsizə, bunları edin!

Ərinizin varlanmasını istəyirsizə, bunları edin!Gözəl cinsin nümayəndələri tez-tez ərlərinin onları hədiyyə yağışına tutmamasından şikayət edir. Bəzən isə sadəcə arzuladığı həyat tərziylə təmin olunmamasından gileylərinlər. Unutmaq olmaz ki, hər kəsin imkanları müxtəlifdir. Təəssüf ki, heç də bütün qadınlar ərlərinin ailəsini maddi baxımdan təmin etmək üçün əlindən gələni etdiyini görmür və onların bu addımı yüksək qiymətləndirmir.
Psixoloqloarın araşdırmaları göstərir ki, əslində kişinin uğur qazanması onun həyat yoldaşından çox asılıdır. Qadın məcbur etməməlidir, amma öz ərinə hər zaman dəstək olmalıdır. Yəni, qadının başlıca vəzifəsi ərini ruhlandırmaqdır. Əlbəttə ki, qadın-kişi münasibətlərində ideal variant zodiak işarələrinin uyğunluğudur. Amma sizin həyat yoldaşınızla bürcləriniz uyğun gəlmirsə, narahat olmayın, bu, fəlakət deyil.
Sadəcə, unutmayın ki, kişiyə təzyiq göstərmək, hər zaman qınamaq və rəfiqələrinizin daha uğurlu ərləri ilə müqayisə etmək lazım deyil. Bununla siz onu iflasa gətirib çıxarmış olursunuz. Başqasının "dır-dırı" və "döyənəyi" ilə hərəkət edən adam həvəslə və səmərəli şəkildə işləməyəcək. Dolayısı ilə həyatdan çox qazanac əldə edə bilməyəcək. Ərinizlə bu barədə danışmaq və ona daim inanmaq lazımdır. Həyat yoldaşınız siz tərəfdən gələn dəstəyi hiss etməlidir, onda o, öz gücünə daha çox əmin və arxayın olacaq. Güclü stimul sayəsində insan üç dəfə çox səy göstərəcək və daha böyük ruh yüksəkliyi ilə yüksək qazanc əldə etməyə çalışacaq. Yalnız özünü enerji dolu, inamlı və ruhlandırılmış hiss edən kişi yüksək hədəflərə çatmağa qadirdir. Siz isə bunun qayğısına qala bilərsiniz.
Saysız-hesabsız tələblər və gözləntilər müsbət nəticələr verməyəcək. Qiymətli enerjini qalmaqallara və münasibətlərin aydınlaşdırılmasına xərcləməyə dəyməz, yaxşısı budur ki, onu öz inkişafınız üçün işlədin. Sizə zövq və əlavə mənfəət gətirən sərfəli məşğuliyyətlər tapın. Onda siz həm ailə büdcəsinin artırılmasına kömək edəcək, həm də öz potensiallarınızı da inkişaf etdirəcəksiniz.
Ərinizin gəlir səviyyəsindən asılı olmayaraq həyatdan zövq almağa və sevinməyə çalışın. Onda sizin həyat keyfiyyətiniz də yaxşılığa doğru xeyli dəyişəcək, sizin kefiniz və əhvalınız maddi dəyərlərdən və puldan asılı olmayacaq. Lakin həyatın maddi tərəfini yaxşılaşdırmaq istəyirsinizsə, bu halda şikayətlənməyin, həyat yoldaşınızdan pul tələb etməyin, qınamayın və tənqid etməyin. Əvəzində onu ruhlandırın və yeni nailiyyətlər əldə etməsinə kömək olun. Məhəbbət və inam hər bir kişi üçün ən yaxşı stimul rolunu oynayacaq./publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3822   Tarix: 17 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Avtomobilin paslanmasına səbəb olan SƏHVLƏR

Gec-tez bütün avtomobillər paslanmağa başlayır. Mütəxəssislər avtomobil sahiblərinin maşında korroziyaya səbəb olan bir neçə ciddi səhvlərinin adını çəkiblər. xəbər verir ki, motoristlər tez-tez satın alındıqdan dərhal sonra korroziyaya qarşı mübarizə aparmağa çalışarkən səhv edirlər. Bütün sahiblə

6 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14 aprel
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14 aprel
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14 aprel
.

"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK: Bundan sonra...

"WhatsApp" messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır. Yenilik "WhatsApp" status yeniləməsinin bildiriş funksiyasıdır. Məlumata görə, yenilik Android 2.24.6.19 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb. "WhatsApp" status yeniləmələri üçü

7 aprel
.

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər. "Vedomosti"nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiy

14 aprel
.

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil satan şəxslər nəqliyyat vasitəsinin problemini ört-basdır etmək üçün min bir üsula əl atırlar. -ın məlumatına görə, avtomobil ustası Sahil Ağabəyli deyir ki, belə faktlarla demək olar, hər gün rastlaşır. Avtomobilin yürüşü çox olduğundan bəzən satıcılar maşının kilometrajını da ger

7 aprel
.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel