Vəssalam! Manatın bahalaşması ilə bağlı bütün müəmmalı suallara cavab

Vəssalam! Manatın bahalaşması ilə bağlı bütün müəmmalı suallara cavabAzərbaycanda son dövrdə depozit hərracları üzrə məbləğ azalıb. Belə ki, Mərkəzi Bank aprel ayının 12-də keçirdiyi not hərracında məbləği əvvəlki hərraclardan 2 dəfə azaldaraq 25 milyon manata qədər endirib. Bundan əlavə və bu gün keçirilən depozit hərracında məbləğ 50 milyon manat azaldılaraq 150 milyon manat təşkil edib. Fins.az-ın məlumatına görə, iqtisadçı-ekspertlər bildirirlər ki, depozit hərraclarına çıxarılan manat kütləsinin azalması prosesi depozit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Bu da dövriyyədə əlavə manatın qalmasını şərtləndirəcək.

Manat hazırki kursun ətrafında sabilləşə bilər
"AzFinance" İnvestisiya Şirkətinin direktor müavini, iqtisadçı-ekspert İntiqam Səfərəliyev fins.az-a bildirib ki, manatı investisiya etmək istəyən bankların qarşısında əsas iki yol var. Banklar bu vəsaiti ya kredit şəklində verə bilər. Yaxud da əlavə qazanc əldə etmək üçün valyuta bazarına yönləndirə bilərlər. Kreditə yönləndirilməsi iqtisadiyyatın artımına töhvə verə bilər. Valyuta bazarına yönləndirilməsi isə manatın güclənməsinin qarşısını alacaq və hazırkı kursun ətrafında stabil məzənnənin formalaşmasına təsir edəcək. Başqa sözlə, bu manatın məzənnəsinin stabilləşməsinə hesablanmış addımdır.

"Mərkəzi Bankın uçot dərəcəsini azaltmasına işarədir"
Ekspert hesab edir ki, Mərkəzi Bankın depozit hərracının həcminin azaldılması uçot dərəcəsinin azaldılmasına doğru atılan addımların ilk simptomlarıdır. 2017-ci ilin birinci rübünün nəticələrinə əsasən sonra Mərkəzi Bankın hərraclar vasitəsilə topladığı manatın həcmini azaltması bəzi nəticələri ortaya çıxarır. Birincisi, Mərkəzi Bankın birinci rübün nəticəsi barədə toplu məlumatı vardır və bu məlumatlar özündə tədiyyə balansı və iqtisadi artım barədə məlumatları əks etdirir: "Hesab edirik ki, tədiyyə balansı müsbət saldo göstərmiş olmalıdır ki, Mərkəzi Bank dövriyyədə manatın qalmasına doğru addım atmışdır. Bu sərt pul kredit siyasətinin cüzi yumşaldılması addımıdır".
İ.Səfərəliyevin sözlərinə görə, digər tərəfdən Mərkəzi Bank iqtisadi artıma meyl görmüşdür ki, dövrüyyədə manatın həcminin azaldılmasına doğru addım atmışdır.
Eyni zamanda Mərkəzi Bank bu addımı atmaqla manatın kursu üzərindəki təzyiqin nisbətən azaldığını hiss etdiyini düşünürük, yəni artıq kurs üzən məzənnə siyasətində stabillik göstərir, hətta deyərdim manat möhkəmlənir.

"Faizlərin aşağı salınması iqtisadi artıma meyl yarada bilər"
Ekspert əlavə edib ki, depozit hərracı üzrə faizlərin aşağı düşməsi isə bankların alternativ qazanc mənbələri axtarmasına və nəticə olaraq iqtisadiyyatı maliyyələşdirməsinə səbəb olacaq. Bu da öz növbəsində iqtisadi artıma meyl yarada bilər.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3022   Tarix: 17 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,217 milyon ABŞ dollar

22 noyabr
.

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 %-ə yaxın artıb

Bu ilin dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 % artaraq 850,9 min təşkil edib. Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 9,

6 dekabr
.

Azərbaycan kakao idxalına çəkdiyi xərci 15 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 121,026 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçinin 10,05

22 noyabr
.

Azərbaycan Qahirədə D-8 qrupunun ticarət nazirlərinin iclasında iştirak edəcək

Dekabrın 2-də Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin 4-cü iclası keçiriləcək. AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə üzv dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər. Hazırlıq məqsədilə artıq bir neç

30 noyabr
.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-ə çatıb

Bu ilin noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 169,4 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,4 % çox, ilin əvvəlinə nisbətən 6,4 % çox, ötən ilin noyabrın 1-i ilə müqayisədə isə 8,3 % çoxdur

29 noyabr
.

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 8 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 99,013 milyon ABŞ dolları dəyərində polad idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur. Noyabrda Türkiyə Azərbaycana 10,504 milyon ABŞ dolları dəyərind

6 dekabr
.

Üç vəzifəli şəxs cərimələndi

Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bildirilib ki, BOKT "Effektinvest" MMC-nin vəzifəli şəxsi 4500 manat, "Finex Kredit" BOKT ASC-nin vəzifəli şəxsi 800 manat, "BOKT Caspian İnvest"

17 dekabr
.

Doğum sayı azalıb, ölüm halı dəyişməyib

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb. 2024-c

12 dekabr
.

Azərbaycanda duru bitki yağları istehsalı azalıb, marqarin istehsalı isə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 33 min 449,1 ton duru bitki yağları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır. Hesabat dövründə Azərbaycanda həmçinin 41 min 403,4 ton marqarin istehsa

22 noyabr