Azərbaycana diz üstə yalvaran erməni general

Aprel döyüşlərinin yeni təfərrüatları ortaya çıxıb

"Aprel döyüşləri günlərində Xaçaturov özünü çox pis apardı. Onda onun imzası ilə Moskvada imzalanan barışıq Ermənistanın ziyanına olub".

Bu barədə Ermənistanın "1in.am" portalına müsahibəsində Erməni Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisyan general Yuri Xaçaturovun KTMT baş katibi seçilməsini şərh edərkən bildirib.

Sarkisyan Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsində özünü necə aparacağına da şübhə ilə yanaşıb: "O, indi özünü necə aparacaq, bilmirəm, istənilən halda, onun açıqlamalarından belə görünür ki, Rusiyanın xeyrinə işləyəcək".

Manvel Sarkisyanın belə danışmasının səbəbi var. Sosial şəbəkələrdə gəzən söhbətlərə görə, o vaxt Yuri Xaçaturov aprel döyüşlərinin dayandırılması üçün Moskvada Rusiya rəhbərliyinə və Azərbaycan generallarına yalvarırmış. Buna görə də o, heç bir şərt irəli sürmədən atəşkəsə razı imiş. Yuri Xaçaturovun yalvarışları o qədər biabırçı imiş ki, erməni rəsmiləri hələ də bu barədə susmağa üstünlük verirlər.

Erməni şərhçi Akop Badalyan bu günlərdə "Lragir"də yazdığı məqaləsində də bu məsələyə toxunub: "Bir neçə ay sonra Serj Sarkisyan saziş və görüş barədə qəribə bəyanat verdi. O dedi ki, "onların orda nədən danışdığını…" bilmir. Əgər ali baş komandan müharibənin ən qızğın vaxtında baş qərargah rəisinin hansı anlaşmalara getdiyini bilmirsə, kim bu barədə bilər".

Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsinə işləyən Yuri Xaçaturovun Rusiyaya, dolayısı ilə Azərbaycana yalvarmasının səbəbləri vardı. Erməni şərhçilər aprel döyüşlərinin bütün uğursuzluqlarını onun boynuna yıxırlar. Akop Badalyan elə həmin məqalədə yazır ki, 2016-cı il aprelin 2-də Xaçaturova Azərbaycan ordusunun güclü əks hücuma keçdiyini məruzə edəndə, o, vecinə almayıb və bilyard oynamaqda davam edib, deyib ki, azərbaycanlılar adi təxribatdan başqa şeç nəyə qadir deyillər.

Buna görə, Yuri Xaçaturov istənilən yolla döyüşü dayandırmalı idi. Təbii ki, Rusiya onun boynuna böyük minnət qoyub və buyruq quluna çevirib. Bunun nəticəsi hadisələrin sonrakı inkişafında özünü göstərdi - Ermənistan ordusunun komandanlığı KTMT rəhbərliyinə tabe edildi. Yəni hər şey 1922-ci ildə SSRİ-nin yaranmasından sonra gedən proseslərə oxşadı. Onda da müttəfiq respublikaların milli birləşmələri vardı və onlar Moskvaya tabe edildi və bu, 1937-ci ilə kimi davam etdi. Daha sonra milli diviziyalar da ləğv edildi.

Rusiyanın müdaxilə edib Azərbaycan ordusunun əks hücumunu dayandırmasına baxmayaraq, rəsmi Bakı aprel döyüşlərində istədiyi bütün hədəfələrə nail oldu. Birincisi, Ermənistan ordusunun döyüş qabiliyyəti barədə son 25 ildə yaradılmış mif dağıdıldı. Həmçinin, Qarabağ məsələsini vasitəçi kimi öz nəzarətlərinə götürmüş beynəlxalq güclərə mesaj verildi ki, Azərbaycan öz torpaqlarını hərbi yolla da azad edə bilər. Ən əsası isə, cənubda və şimalda gələcək hücum üçün vacib olan iki strateji yüksəklik Azərbaycan ordusunun nəzarətinə keçdi.
Azərbaycana diz üstə yalvaran erməni generalAzərbaycana diz üstə yalvaran erməni generalAzərbaycana diz üstə yalvaran erməni general


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3851   Tarix: 18 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb

Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayı

18 mart
.

Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

"Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər". Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib. "Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmi

22 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır"

"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix"

29 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart