Manatın taleyi ilə bağlı rəsmi açıqlama

Manatın taleyi ilə bağlı rəsmi açıqlamaÖlkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 2017-ci il 14 aprel tarixində baş nazir, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə cari ilin I rübünün yekunlarına həsr edilmiş iclası keçirilib.

Maliyyə Sabitliyi Şurasının Katibliyindən verilən məlumata görə, iclasda Maliyyə Sabitliyi Şurasının üzvləri - prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak ediblər.

İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən icmal-hesabat təqdim edilib. Hesabatda ölkədə gedən makroiqtisadi proseslərin, habelə 2016-cı ilin sonunda Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul edilmiş "2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"nın icra vəziyyətinin təhlili öz əksini tapıb.

Müzakirələr zamanı qeyd edilib ki, prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında qeyd olunduğu kimi cari ilin I rübündə milli iqtisadiyyatın inkişafında pozitiv dinamika və makroiqtisadi sabitliyin təmin olunmasında müsbət trendlər yaranıb. Aylıq inflyasiya tempi yanvar ayından sonra düşməyə başlayıb, manatın məzənnəsinin ucuzlaşması dayanıb və hətta manat müəyyən qədər möhkəmlənib, iqtisadi artım bərpa olunub. Əlverişli neft qiymətləri və məzənnə şəraitində tədiyə balansı tarazlaşmağa başlayıb, ölkənin strateji valyuta ehtiyatları artıb.

2017-ci ilin ötən dövründə makroiqtisadi siyasətin başlıca istiqamətləri, o cümlədən pul-məzənnə siyasəti ilə fiskal siyasətin effektiv taktiki əlaqələndirilməsi təmin edilib. Pul təklifinin həcminin optimallaşdırılmasını nəzərdə tutan pul proqramı razılaşdırılaraq icraya götürülüb. Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi ilə izafi pul kütləsinin valyuta bazarına və məzənnəyə mənfi təsirlərinin neytrallaşdırılması sabitləşdirici rol oynayıb. Pul bazasının monetar siyasətin başlıca lövbərinə çevrilməsi və bütün emissiya mənbələrinin effektiv idarə edilməsinə imkan verən bir sıra qərarlar qəbul edilib. Büdcə-borc siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər isə ortamüddətli dövrdə büdcə dayanıqlığının gücləndirilməsi üçün əlverişli makro-fiskal baza yaradıb.

Cari ilin ötən dövründə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, o cümlədən valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş tədbirlər üzən məzənnəyə keçid istiqamətində mühüm qərarlar qəbul edilməsinə zəmin yaradıb. Ötən illərdə yaranmış və valyuta bazarına ciddi mənfi təsir göstərən borc öhdəliklərinin makroiqtisadi çərçivədən (daxili valyuta bazarından) kənarlaşdırılaraq əlahiddə rejimdə həll edilməsi, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasəti sahəsində idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər valyuta bazarına stabilləşdirici təsir edib. Valyuta bazarında sabitləşmə meyllərinin başlaması manatın məzənnəsinə adekvat təsir göstərib və bu, inflyasiyanın məqbul səviyyədə saxlanması və dedollarlaşmanın başlanması üçün makroiqtisadi zəmin yaratmaqdadır.

Maliyyə sisteminin dayanıqlığının təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması və Əmanətlərin Sığortalanması Fondunun kapitalizasiyası istiqamətində mühüm qərarlar qəbul edilib. Görülmüş bu tədbirlər maliyyə sabitliyinin təmin olunmasına öz təsirini göstərəcəkdir.

Yekunda qeyd olunub ki, ilin qalan dövründə də makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsinə yönəldilmiş siyasət davam etdirilməlidir. Başlıca vəzifələr makroiqtisadi siyasətin çevikliyinin təmin edilməsi, yeni şəraitdə formalaşan risklərə qarşı adekvat tədbirlərin görülməsi, makroiqtisadi siyasətin koordinasiyasının daha da gücləndirilməsi, formalaşan rəqabət üstünlüklərindən iqtisadi artımın daha da sürətləndirilməsi üçün nəzərdə tutulan struktur islahatlarının həyata keçirilməsi davam etdiriləcək./APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1708   Tarix: 18 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel