Pulumuzu hansı valyuta saxlasaq yaxşıdır?

Pulumuzu hansı valyuta saxlasaq yaxşıdır?Pulumuzu (varsa) hansı valyuta saxlasaq yaxşıdır ?!..
Bu barədə " Facebook" sosial şəbəkəsində Pərviz Heydərov yazıb.

Nə qədər ki, valyuta bazarına təsir göstərən müvafiq göstəricilər üzrə vəziyyət qənaətbəxş olacaq, manat dollara qarşı münasibətdə möhkəm mövqe nümayiş etdirməkdə davam edəcək. Yəni ki, ucuzlaşma qeydə alınmayacaq. Bu göstəricilər sırasına isə neftin dünya bazar qiymətləri, idxal və ixrac əməliyyatları üzrə vəziyyət, dövriyyədə nəğd pul kütləsinə tələbatın passiv mövqe nümayiş etdirməsi, ölkədə dollarlaşma səviyyəsinin yüksək səviyyədə qalması və sair daxildir...
Ümumiyyətlə, hələ keçən ilin sonundan bəlli idi, bu il ərzində manatın dəyəri sabit xarakter daşıyıcaq. Bunu ilin birinci rübü ərzində əldə olunan bir sıra iqtisadi göstəricilər isə bunu bir daha deməyə əsas verir. Məlum olduğu kimi, xarici ticarət dövriyyəmizdə 1 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb. İdxal 17 % azalmışdır. Keçən ilin əvvəlindən başlanılan ixracın təşviqi, stimullaşdırılması və genişləndirilməsi tədbirləri rüşeym halında artıq, öz nəticələrini göstərməkdədir. Dövlət büdcəsi xərcləri əvvəlki illərdəki kimi həyata keçirilmir. İnvestisiya xərcləri məhdudlaşdırılmış vəziyyətdədir. Kreditləşdirmə demək olar ki, sıfır vəziyyətindədir.
Düzdür, bunların bir çoxu müsbət, bəziləri isə mənfi amillərdir. Lakin, müsbət olanlar getdikcə güclənərsə, mənfi amillər tədricən aradan götürülməklə, bütövlükdə real vəziyyətin daha da möhkəmlənməsinə xidmət etməlidir.
O ki qaldı əhalinin öz sərbəst vəsaitlərini yaranmış yeni iqtisadi və maliyyə durumu ilə əlaqədar məhz hansı valyutada saxlamasının daha məsləhət olduğu məsələsinə, qeyd edim ki, əgər, keçən il və ondan əvvəlki ildə manat və ABŞ dolları ilə olan pulun uyğun olaraq 25/75 % nisbətində qorunmasının məqsəuyğun olduğunu qeyd edirdimsə, indi artıq, bunun balanslaşdırılmış şəkildə, yəni ki, 50/50 % nisbətinə transfer edilərək dəyişdirilmiş şəkildə olmasının heç bir təhlükəli xarakter daşımadığını inamla tövsiyə edə bilərəm.
Onu da qeyd edim ki, manat nə cür iqtisadi faktorlar olursa-olsun, hədsiz bahalaşan da deyil. Yəni, o, bir daha 0,78 qəpik olan deyil. Heç 1,50 AZN-ə qədər dəyər qazanacağı da real deyil. Ancaq, ABŞ dollarının 2 AZN olacağına dair "qorxulu buludlar" da artıq, mövcud deyil. Üfiqdə hansısa qaraltı gözə dəysə də belə, narahat olmağa dəyməz..


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1839   Tarix: 18 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel
.

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb. Bu barədə -a Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü il

24 aprel