Evliliyi oyuncağa çevirən azərbaycanlı gənclərin növbəti FIRILDAĞI - FOTO+VİDEO

"Star Tv"yayımlanan Zuhal Topalın evlilik verilişində iştirak edən azərbaycanlı gənclər: Naz Mila və Əli Əkbərin gəlinlik və bəylik kostyumunda çəkilmiş fotoları gündəm yaradıb.
Zuhal Topal Nazla Əlinin toy fotolarını görəndə çox təəccübləndiyini və onların nə zaman çəkildiyini soruşub. Naz toy fotosessiyasını sevgili olduqları vaxtda çəkildiyini etiraf edib. O, bu fotoların təkcə onda və Əlidə olduğunu, verilişin çəkiliş heyətinə də özü verdiyini bildirib.
Əli isə Nazın bu hərəkətinə çox əsəbiləşib: "Bizim birlikdə olduğumuz dövrdə Naz dəfələrlə özünü gəlinlikdə, məni də bəylik kostyumunda görmək istədiyini söyləmişdi. Bu fotoların sadəcə bizdə qalacağına söz verib. Onun qəlbini qırmamaq üçün belə bir toy fotosessiyası çəkdirdik. Nazın bu hərəkətini başa düşmürəm. İnsanların şəkillərimizin yeni çəkildiyini düşünməsini istəmirəm. Fotolar məndə yoxdur. Nazla münasibətimizi bitirdikdən sonra bu fotoları da sildim" dedi.".

Naz isə "Sadəcə bir vaxtlar bir-birimizin gözündə nə qədər dəyərli olduğumuzu hamının görməsini istədim. Aramızda baş verənlərlə bağlı bircə gizli bu fotolar qalmışdı. İstədim ki, onları da görsünlər" , - deyə cavab verib.
Məlumat üçün bildirək ki, Naz Mila verilişdə Baha adlı türk vətəndaşı ilə 2 gün nişanlı qalıb. Bundan başqa, bir dəfə evli olan Nazın bir qızı var.
İddialara görə, Türkiyədəki evlilik verilişlərində baş verənlərin hamısı qurma oyundur. Bəy və gəlin namizədləri isə verilişin daha çox reytinq toplaması üçün süni qalmaqallar yaradır və bunun müqabilində pul alır.

Evliliyi oyuncağa çevirən azərbaycanlı gənclərin növbəti FIRILDAĞI - FOTO+VİDEOEvliliyi oyuncağa çevirən azərbaycanlı gənclərin növbəti FIRILDAĞI - FOTO+VİDEO

Maraqlı   Baxılıb: 4421   Tarix: 19 aprel 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az