Azərbaycanın dəhşətli silahı - "Düşmən..."

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sonuncu iclasında olduqca önəmli məqama toxunub.

Nazir çıxışı zamanı nazirliyin yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başladığını diqqətə çatdırıb.

Y.Camalov bildirib ki, bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq:

"Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq".

Nazirin çıxışı zamanı diqqətə çatdırdığı elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması ölkəmiz üçün olduqca vacibdir. Müasir dövrdə baş verən döyüşlərdə bu sistemlərdən istifadə xüsusi yer tutur.

Elektromaqnit impuls qurğusu və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombası nədir?
Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, elektromaqnit impuls qurğusu radioelektron mübarizə sistemidir. Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində belə məhsul yaradılır: "Bunun ilk nümunəsi ötən ilin sentyabr ayında ADEX-2016 sərgisində nümayiş etdirilib. Nazirliyin elmi-tədqiqat institutu həm GSM dalğalarını, həm də GPS sistemini bloklayan sistemi nümayiş etdirdi. Radioelektron mübarizə sistemlərinin yaradılması çox ciddi məsələdir. Bu Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Dünyada radioelektron mübarizə sistemlərini hərbi sənayesi kifayət qədər inkişaf etmiş ölkələr istehsal edir. İstehsal edən ölkələrin çoxu buradakı kodları vermir. Çünki o kodları verəcəyi ölkə bunu dəyişə bilər və ya öz kodlarını əlavə edə bilər. Ona görə də bu sahədə milli sistemlərin yaradılması vacibdir. Çünki müharibələr getdikcə kontaksız müharibələrə keçir. Bu sistemlər döyüş əməliyyatlarından öncə düşmənin bütün cihazlarını, texnikasını sıradan çıxarmağa imkan verir. Həmçinin bu sistem siqnalla işləyən partlayıcıları da bloklayır, pilotsuz uçuş aparatlarını sıradan çıxarır. Bu sistemin yerli müəssisələrdə yaradılması Azərbaycanın irəli gələn tələblərindən asılıdır".

Hərbi ekspert qeyd edib ki, radioelektron mübarizə sistemləri müasir müharibələrdə mühüm əhəmiyyət kəsb edir. "1991-ci ildə "Səhrada tufan" əməliyyatı, 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi, 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsində, həmçinin Liviyaya NATO qoşunlarının müdaxiləsində radioelektron mübarizə sistemlərindən geniş istifadə olunub. Ukraynadakı lokal münaqişədə, Suriyada döyüş əməliyyatlarında bənzər sistemlərdən geniş istifadə olunub. Həmçinin Türkiyə Suriyaya qoşun yeridərkən "ASELSAN" şirkətinin "Koral" radioelektron mübarizə sistemindən istifadə etmişdi. Bu sistemlər düşmənin radioelektron mübarizə vasitəsini, radiorabitəsini, radarlarını, naviqasiya sisteminin və eləcə də bu kimi texnologiyalarla çalışan texnikalarını sıradan çıxarmaq gücünə malikdir. Onun vasitəsilə hava hücumundan mübarizə sistemlərinin çaşdırılması və yaddaş sisteminin qarışdırılması mümkündür. GPS naviqasiya sistemini blokladığımız zaman helikopterlər və təyyarələr bundan istifdə edə bilmir. Həmçinin bu sistemdən istifadə edən müasir texnikaların hamısı fəaliyyətsiz vasitəyə çevrilir".

R.Süleymanov sərhədyanı dövlətlərin hər birinin, Rusiyanın xüsusilə bu sistemə diqqət yetirdiyini deyib:

"Rusiya həm Cənubi Qafqaz, həm də Şimali Qafqazda yerləşən birləşmələrinin arsenalında radioelektron mübarizə vasitələri yerləşdirib. Bunlar uzaq məsafədən istənilən ağıllı texnikaları, radioelektron vasitələri, telefon sistemlərini sıradan çıxarmağı bacarır. Bu da döyüş zamanı idarəetməni sıradan çıxarır və nəticə etibarı ilə döyüşən bölmələr arasında rabitə əlaqəsi itir. Texnikalar heç bir işə yaramır".

Hərbi ekspert vurğulayıb ki, yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması ilə Azərbaycan bu sahədə ixtisaslaşmış azsaylı ölkələrdən biri olacaq:

"1999-ci ildə Yuqaslaviya müharibəsində ABŞ ordusu radioelektron mübarizə funksiyasını yerinə yetirən "AWACS" təyyarəsindən istifadə etmişdi. Bu Yuqaslaviyanın elektron sistemlərini, radalarını sıradan çıxarmışdı. Eyni zamanda qrafit bombaları tətbiq edildi. Bu bombalar ərazidə ildırım çaxmasına bənzər effket verir. Bu bombaların partlaması zamanı impulslar elektrik enerjisi sistemini və teleötürücü stansiyanı sıradan çıxarır.

Bu elektron cihazları sıradan çıxaran ixtisaslaşmış texnologiyadır. Biz bu sahədə nailiyyət əldə edəriksə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın azsaylı belə texnologiyalara malik olan ölkələrindən birinə çevriləcək. Bu, bizim üçün olduqca önəmlidir. Bu sistemlərdən istifadə qarşı tərəfdə iflic vəziyyəti yaradır. Qarabağda Sərsəng elektrik stansiyası üzərində impulslu elektromaqnit şüa verən aviasiya bombasını partlatmaq kifayətdir ki, bununla Dağlıq Qarabağ zülmətə qərq olsun. Bu çox müasir bir cihazdır və olması vacibdir. Hazırda çox az ölkə bunu istehsal edir".

Mənbə: istipress
Azərbaycanın dəhşətli silahı - "Düşmən..."Azərbaycanın dəhşətli silahı - "Düşmən..."Azərbaycanın dəhşətli silahı - "Düşmən..."Azərbaycanın dəhşətli silahı - "Düşmən..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4025   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart