İranın İrəvanla birgə Bakıya qarşı XAİN PLANI: Putinlə Ərdoğanı hərəkətə gətirən ADDIM

İranın İrəvanla birgə Bakıya qarşı XAİN PLANI: Putinlə Ərdoğanı hərəkətə gətirən ADDIMİranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tiflisdə gürcü həmkarı ilə görüşdə bəyan etdi ki, Fars körfəzi ilə Qara dəniz arasında nəqliyyat dəhlizi yaratmaq niyyətindədirlər.

Tehranın bu ideyası Azərbaycan tranzitinə alternativdir.

İranın Avropaya yükdaşıma üçün yeni nəqliyyat layihəsi hələ ötən il gündəmə gəlmişdi. Tehran Azərbaycanı, Türkiyəni və Rusiyanı keçərək Avropaya yüklərin çatdırılması layihəsinə alternativ olaraq Ermənistanı seçir.

Təklif olunan marşrut belədir: Yüklər Meqri-Vayos-Dzor-Erasx yolu ilə Gürcüstanın Poti limanına gətirilir, orada Qara dənizin Boqarıstan limanlarına çatdırılır. Daha sonra marşrut Yunanıstana və İtaliyaya qədər uzanır. Layihənin potensial iştirakçılar tərəfindən dəstəkləndiyi haqda məlumatlar var. Belə ki, Bolqarıstan artıq Varna və Burqas limanlarına İran karvanının daxil olmasına razılıq verib. Hətta bolqarlar lazım olacağı təqdirdə, ixtisaslaşmış terminallar da tikməyə hazırdır. Bununla yanaşı, qarşıdakı dövrdə bu dəhlizə İraq və Suriyanın, həmçinin, Hindistan və Omanın da qoşulması istisna edilmir.

İran mallarının Azərbaycan vasitəsilə Avropaya daşınması ideyası əvvəldən mövcud olub. Tehran isə iddia edir ki, Ermənistan üzərindən təklif olunan marşrut məsafəni 60 kilometr qısaldır və daha ucuz başa gəlir.

Lakin burada siyasi səbəblər daha üstündür və Tehranın gətirdiyi arqumentlər o qədər də inandırıcı görünmür.

Rusiya mühəndisləri ittifaqının birinci vitse-prezidenti İvan Andrievskiy deyir ki, İranın Ermənistan və Gürcüstan marşrutunu seçməsi Türkiyədən asılı olmamaq istəyindən irəli gəlir: "İran Türkiyəni regionda özü üçün rəqib hesab edir".

İranın bu addımı Azərbaycan və Türkiyə ilə yanaşı, həm də Rusiyaya qarşıdır. Çünki Cavad Zərifin danışdığı dəhliz "Şimal-Cənub" nəqliyyat dəhlizinə də alternativ hesab olunur.

"Şimal-Cənub" nəqliyyat dəhlizi Süveyş kanalı vasitəsilə dəniz marşrutuna alternativdir. Məqsəd Hindistandan başlayaraq, Avropaya qədər aparılan yüklərin daşınmasıdır. Marşrut üç variantda olacaq: Şərq-Transxəzər və Qərb. Bununla bağlı Rusiya, Azərbaycan və İran arasında müzakirələr aparılıb, müəyyən razılaşmalar da var.

Şərq marşrutu Qazaxıstan, Özbəkistan və Türkmənistan, Transxəzər marşrutu Xəzər limanları, Qərb marşrutu isə Həştərxan-Mahaçqala (Rusiya) – Samur – Astara (Azərbaycan) – Astara – Rəşt – Qəzvindir.

Bu nəqliyyat dəhlizi ilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək, daşınma müddəti 20 gün azalacaq.

İ.Andrievskiy hesab edir ki, İran bu dəhlizə alternativ layihə irəli sürməklə Rusiyanın həm regionda, həm də Qara dənizdə təsirlərini azalda bilər.

Gürcü ekspert Lidiya Qivarqizova isə qeyd edir ki, yeni marşrutla İran Xəzərdə özünün çoxdankı rəqibi Rusiyanın mövqelərini zəiflədəcək.

İ.Andrievskiy İranın layihəsinə Ukraynanın qoşulma ehtimalının olduğunu da vurğulayıb: "Ukrayna Odessa limanı ilə bu layihəyə qoşula bilər. Laki çox güman ki, Rusiya bunun reallaşmaması üçün "Şimal-Cənub" dəhlizinin reallaşması prosesini sürətləndirəcək".

İranın bu layihəsinin həyata keçəcəyi inandırıcı görünmür. Ən azından Rusiya öz vassalı olan Ermənistanın bu layihədə iştirakına imkan verməyəcək. Bu isə Tehranı Rusiya-Azərbaycan-Türkiyə xəttinə qoşulmasına məcbur edə bilər.

Lakin Tehranın burada Azərbaycana qarşı oyun oynadığı da diqqətdən qaçmır. Ötən il Azərbaycanla İranın dəmir yollarını birləşdirməyə imkan verəcək Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyuldu. Bu layihələrin həyata keçirilməsi üçün Azərbaycan böyük maliyyə vəsaiti xərcləyib. Bakının burada məqsədi beynəlxalq tranzitin əsas aparıcı ölkəsi olmaq və eyni zmanda işğalçı Ermənistanın blokadadan çıxmasının qarşısını almaqdır. Görünür, İran işğalçı Ermənistana dəstəyini kəsmək niyyətində deyil. Burada politoloq Elxan Şahinoğlunun cari ilin fevralında gündəmə gətirdiyi bir məsələ də yada düşür.

Politoloq qeyd edirdi ki, İranın dövlət banklarından biri üçüncü İran-Ermənistan elektrik xəttinin tikintisi üçün 84 milyon dollar maliyyə vəsaiti ayırıb: "Bu xəttin tikintisini iki ilə tamamlamaq planlaşdırılır. Ermənistanın pulu yoxdur, ona görə də maliyyələşdirmə missiyasını Tehran öz üzərinə götürürüb. İranın dövlət strurkturları Ermənistanın tamamən taqətdən düşməməsi üçün işğalçıya dəstək verirlər, İrəvanı ayaqda tutmağa çalışırlar. Bəs yaxşı Tehranın Ermənistana kredit ayırması üçün pulu varsa, Rəşt-Astara dəmiryolunun tikintisi üçün niyə Azərbaycandan maliyyə alır? Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb. Azərbaycan İrana kredit ayırır, İran isə Ermənistana kredit verir".

Mənbə:publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3181   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021