Fransa prezidentliyinə namizəddən SƏRSƏM AÇIQLAMA: "Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir"

Fransa prezidentliyinə namizəddən SƏRSƏM AÇIQLAMA: "Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir""Dağlıq Qarabağ konfliktinin həlli tərəflərin Dağlıq Qarabağın Ermənistana birləşməsi ilə bağlı razılığa gəlməsidir".

Əsl ad və soyadı Marion Ann Perrin Le Pen olan fransız siyasətçi, ölkənin ifrat sağçı və irqçi siyasətçisi Jan-Mari Le Penin qızı Mari Le Pen belə deyib.

Milli.Az bildirir ki, Fransadakı ermənilərin "Nouvelles d'Arménie" jurnalına müsahibəsində aşkar ermənipərəst mövqe tutan Mari Le Pen "Fransa Milli Cəbhəsi" partiyasının sədridir və ölkədə keçiriləcək prezident seçkilərinə namizəd qismində qatılıb.

Onun sözlərinə görə, sabiq Sovetlər Birliyində respublikalar arasındakı sərhədlər çox sürətlə, heç bir təhlil olmadan beynəlxalq sərhədlərə çevrilib.

"Dağlıq Qarabağın müstəqilliyi variantı ilə müqayisədə onun Ermənistana birləşməsi daha məqbul variantdır. Ümumiyyətlə, düşünürəm ki, Fransa Şərqdə xristianların müdafiəçisi kimi lider mövqeyini geri qaytarmalıdır", - söyləyən Le Pen qondarma "erməni soyqırımı"nı da unutmadığını deyib: "O hadisələrdə həlak olmuş ermənilərin xatirələrini sayğı ilə anıram. 1915-ci ildə Türkiyədən qaçan ermənilərin bir qisminin Fransaya gəlməsi ölkə həyatında önəmli hadisə oldu. Birinci Dünya Savaşından sonra Fransanın bərpasında mühüm rol oynamış ermənilər cəmiyyətimizə nümunəvi şəkildə assimilyasiya oldular".

Fransa prezidentliyinə digər namizəd Fransua Fiyon isə bu yaxınlarda "Nouvelles d'Armenie"yə verdiyi müsahibəsində Azərbaycanı "Dağlıq Qarabağı işğal etmək"də suçlamışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1317   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cavad xan nəslinin nümayəndəsi ABŞ-də vəfat etdi

Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb. Bildirilib ki, Rza Cavadxani uzun müddətdir yaşadığı ABŞ-də dünyasını dəyişib. Məlumat üçün bildirək ki, mərhumun iki qardaşı ABŞ-də, bir

5 aprel
.

"İnsan hüquqları məsələsini bəhanə edib Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməzdir"

"ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı əsnasında bir çox məsələlərə, o cümlədən bu məsələyə də toxunulub. Prezident İlham Əliyev tərəfindən bildirilib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir". Bu barəd

4 aprel
.

"Ermənistan 30 il ərzində Azərbyacanın böyük bir ərazisini dünyanın ən çirkli mina zonası halına gətirib" - Politoloq

Uzun illərdir işğal altında saxlanılan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb. Mina terroru davam etdiyi halda Azərbaycan və Ermənistan arasında sül

5 aprel
.

Paşinyan: "Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir"

"Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir". Ermənistan mətbuatı yazır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənista

5 aprel
.

İrana məxsus "Boeing"lərlə Ermənistana intensiv silah daşınır

İran hava yollarına məxsus "Boeing" yük təyyarəsi ilə Ermənistana davamlı olaraq silah daşınır. "Report" xəbər verir ki, bu barədə məlumat "MaidenTower" "Telegram" kanalında yayımlanıb. Xəbərdə qeyd olunur ki, İrana məxsus "Boeing 747-21AC " yük təyyarələr

5 aprel
.

Yeni hakim təyinatları olub - Siyahı

Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Bakı İnzibati Məhkəməsinin hakimlər

5 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel