"Məgər biz məktəb şagirdi, tələbəyik?-Deputatdan SƏRT SÖZLƏR

"Məgər biz məktəb şagirdi, tələbəyik?-Deputatdan SƏRT SÖZLƏR"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsinin qəbulu doğru yanaşma deyil.
Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, konstitutsiyada "Deputatın etik davranışı haqqında qanun" qəbul olunub.İlk deputat növbədə etik davranışını bilməlidir. Bu qiymət ona seçici tərəfindən verilməlidir, Seçici onun davranışını qəbul etmirsə, deputata qarşı hər-hansı şəkildə müəyyən cəzalandırma addımları atıla bilər. Lakin etik çərçivənin dəqiq müyyən olunmasına ehtiyac var. Çünki elə deputat var ki emosional çıxış və çağırışlarla seçicinin rəğbətini qazana bilir. Bəzi millət vəkili isə ümumiyyətlə danışmır. Ona görə elə qayda qoyulmalıdır ki, deputatın ikitrəfli ifadə azadlığına xələl gəlməsin. Millət vəkili cəmiyyətə qarşı ədəbsiz hərəkət edibsə, bunun müəyyən cəzalandırma mexanizmi mövcuddur. Bötövlükdə deputatın məmur kimi çərçivəyə salınması doğru yanaşma olmaz.

"Məgər biz məktəb şagirdi, tələbəyik?-Deputatdan SƏRT SÖZLƏRF.Mustafa millət vəkilinə hədiyyə alma qadağası kimi şərtin qoyulmasına da münasibət bildirib:

"Millət vəkilinə müəyyən bir fəaliyyətinə görə, mükafat verilə bilər. Hər-hansı ölkənin tanıtımı ilə bağlı simvolik hədiyyə təqdim oluna bilər. Ona görə də bu qadağanın hansı məqsədlə qoyulması dəqiqləşdirilməlidir. Gördüyü işin müqabilində deputatın hədiyyə alması qanuna uyğun müddəalarla müəyyən edilməlidir. Mükafatlandırma ilə bağlı ictimai quruluşlar, dövlət qurumları tərəfindən hər-hansı hədiyyənin verilməsinə fərqli yanaşmaq lazımdır.

Millət vəkili Vahid Əhmədov isə Sonxeber.az-a açıqlamasında Milli Məclis deputatının statusu olduğunu deyib.

"Məgər biz məktəb şagirdi, tələbəyik?-Deputatdan SƏRT SÖZLƏROnun sözlərinə görə. deputatın statusuna uyğun konsitutsiyada yazılıb və ona uyğun hərəkət etmək lazımdır.

"Milli Məclisin deputatı məktəb şagirdi, universitet tələbəsi deyil axı?! Deputat kifayət qədər yetişmiş siyasətdə olan və insanlarla işləyən şəxsdir. Mən belə hesab edirəm ki, bu cür cılız qanunların qəbul olunmasına ehtiyac yoxdur".

Qeyd edək ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsinin məzmunu açıqlanıb.
13 maddədən ibarət olan yeni qanun layihəsinə görə, deputat qarşısında mədəni davranış, Milli Məclisin iclaslarında etik davranma, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur. Layihə parlament tərəfindən hazırlanıb, sabah Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin sabah keçiriləcək birgə iclasında müzakirə olunacaq.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4135   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT

Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idar

28 mart
.

Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqç

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart