Son dəqiqə! ANS-lə bağlı QƏRAR VERİLDİ

Son dəqiqə! ANS-lə bağlı QƏRAR VERİLDİBu gün Ali Məhkəmədə "ANS ÇM Yayım və Media" və "ANS Müstəqil Yayım və Media" şirkətlərinin Bakı Apellyasiya Məhkəməsinin qərarlarından verdiyi kassasiya şikayətlərinə baxılıb.

Müvafiq olaraq hakimlər Kəmaləddin Bədəlov və Azər Hüseynovun sədrliyi ilə keçirilən proseslərdə Bakı Apellyasiya Məhkəməsinin qərarları qüvvədə saxlanıb, ANS-in şikayətləri təmin edilməyib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyulda keçirilmiş iclasında "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub. "ANS ÇM Yayım və Media" Şirkəti qərardan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib, şikayət təmin edilməyib.

Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18.30-dan etibarən dayandırılması barədə qərar qəbul edib. ANS MTRŞ-nin bu qərarından 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib. ANS-in şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb, şikayət təmin olunmayıb.
Son dəqiqə! ANS-lə bağlı QƏRAR VERİLDİ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3881   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Qeyd edə

2 aprel
.

Cəmiyyətdə hüquqi savadlılığı artırmaq üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Müasir cəmiyyətdə hüquqi savadlılıq yalnız hüquqşünasların deyil, hər bir vətəndaşın gündəlik həyatında vacib rol oynayır. İnsanlar tez-tez hüquqlarını bilmədikləri üçün müxtəlif problemlərlə üzləşir, bəzən isə haqlarını müdafiə etmək imkanından belə xəbərsiz olurlar. Bəs hüquqi savadlılığı artırma

2 aprel
.

Növbəti yarımfinalçı kim olacaq?

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda növbəti yarımfinalçının adı məlum olacaq. xəbər verir ki, Kərim Kərimov və Cəlil Əliyevdən sonra 3-cü yarımfinalçının adı bu həftənin şənbə günü keçiriləcək görüşdə məlum olacaq. Belə ki, ¼ mərhələnin 3-cü görüşündə Nəsimi Allahverdiyev və Fariz Zeynalo

3 aprel
.

9 uşaqdan 6-sı palçıqla oynadıqdan sonra çiməndə zəhərlənib - Video

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. "Qafqazinfo" "Sumqayıt24"ə istinadən xəbər verir ki, hadisə Xəzri bağları adlanan yaşayış massivində baş verib. Belə ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hama

2 aprel
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanda aprelin 4-də intensiv yağış yağacaq, güclü külək əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanı

3 aprel
.

Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)

Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəl

3 aprel
.

Bu yol ödənişli olur

Yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olur. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir:. - başlanğıc nöqtəsi: M-6 Hacıqabul-Bəhramtəpə-Minciva

3 aprel
.

Bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənmə hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, qəsəbə sakinləri - 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, Cəbrayılov Məhəmməd Kamil oğlu (2018), Cəbrayılov Həmzə Kamil oğl

2 aprel
.

Elnarə Abdullayeva polisə müraciət etdi

"Bu gün "102"yə zəng etmişəm, sonra da polis bölməsinə gedib ərizə yazmışam". Bunu -a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. O qeyd edib ki, sosial şəbəkədə tanımadığı bir xanım onun haqqında əsassız və həqiqətə uyğun olmayan fikirlər yazıb. "Kim olduğunu, n

3 aprel