Ehtiyatda olan general: "Hərbi təlimlər..."

Ehtiyatda olan general: "Hərbi təlimlər..."Aprelin 16-dan etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər başlayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərə Azərbaycan Ordusunun 30 min nəfərədək şəxsi heyəti, 250-dən artıq tankı və zirehli texnikası, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdirilir. Qəbul edilmiş qərara əsasən, qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunur. Təlimlər aprelin 21-dək davam edəcək.

Bəs, budəfəki hərbi təlimlər əvvəlkilərdən hansı cəhətlərinə görə fərqlənir?

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov hərbi təlimlərlə bağlı Modern.az-a danışıb.

Yaşar Aydəmirov hazırda keçirilən təlimin yeni silah-sursatların, texnikaların, raketlərin sınaqları ilə digərlərindən fərqləndiyini qeyd edib.

"Bu tip təlimlər bizdə hər il keçirilir. Plandan kənar təlim deyil. Sınaq təlimlərinin bir hissəsi də bura əlavə oluna bilər. Təbii ki, bunlar planlı şəkildə olmalıdır. Həmçinin bu təlimlərdə texnikaların və raketlərin sınaqları da keçirilə bilər".

Ehtiyatda olan general-leytenant bildirib ki, hansı ordu ki, təlimlər keçirmir, həmin ordunun döyüş qabilliyyəti yüksək səviyyədə olmur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3840   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi vəzifəlilərin təlimindən yeni görüntülər - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Təlim toplanış

17 fevral
.

Ermənilərin döyüş postu darmadağın edilib - RƏSMİ

Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi "Qisas əməliyyatı" zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Bununla bağlı DSX məlumat yayıb

13 fevral
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel
.

Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb

Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha

3 mart
.

İraq hava məkanını tamamilə bağlayıb

İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla

14 aprel
.

KİV: Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti (UTX) təşkil edib. "Report" xəbər verir ki, bunu "Hromadske"yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Həmsöhbətin sözlərinə görə, "artıq uğurlu hücum haqqında danışma

17 mart
.

İsrail cavab zərbəsi endirəcək: İrandan ABŞ-yə XƏBƏRDARLIQ

İsrail "yaxın 48 saat ərzində" İrana cavab verəcək. Bu barədə İsrail mediasında qeyri-rəsmi məlumatlar yayılıb. Öz növbəsində, Tehran İsveçrə vasitəsilə ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, onun bazaları hərbi hədəfə çevriləcək. Bunu İran Silahlı Qüvvələrini

14 aprel
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel
.

Azərbaycan Ordusunun zabiti qətlə yetirildi - Saxlanılan var

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevin ölüm faktı barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-c

27 yanvar