Əhaliyə mühüm xəbərdarlıq - "Azərbaycanda manat bundan sonra..."

Əhaliyə mühüm xəbərdarlıq - "Azərbaycanda manat bundan sonra...""Eyni zamanda ABŞ dollarının 2 AZN olacağına dair "qorxulu buludlar"da artıq mövcud deyil"

"Nə qədər ki, valyuta bazarına təsir göstərən müvafiq göstəricilər üzrə vəziyyət qənaətbəxş olacaq, manat dollara qarşı münasibətdə möhkəm mövqe nümayiş etdirməkdə davam edəcək. Yəni ki, ucuzlaşma qeydə alınmayacaq".

Bu barədə iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

"Bu göstəricilər sırasına isə neftin dünya bazar qiymətləri, idxal və ixrac əməliyyatları üzrə vəziyyət, dövriyyədə nağd pul kütləsinə tələbatın passiv mövqe nümayiş etdirməsi, ölkədə dollarlaşma səviyyəsinin yüksək səviyyədə qalması və sair daxildir.

Ümumiyyətlə, hələ keçən ilin sonundan bəlli idi, bu il ərzində manatın dəyəri sabit xarakter daşıyacaq. Bunu ilin birinci rübü ərzində əldə olunan bir sıra iqtisadi göstəricilər deməyə əsas verir.

Məlum olduğu kimi, xarici ticarət dövriyyəmizdə 1 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb. İdxal 17% azalmışdır. Keçən ilin əvvəlindən başlanılan ixracın təşviqi, stimullaşdırılması və genişləndirilməsi tədbirləri rüşeym halında artıq öz nəticələrini göstərməkdədir.

Dövlət büdcəsi xərcləri əvvəlki illərdəki kimi həyata keçirilmir. İnvestisiya xərcləri məhdudlaşdırılmış vəziyyətdədir. Kreditləşdirmə, demək olar ki, sıfır vəziyyətindədir.

Düzdür, bunların bir çoxu müsbət, bəziləri isə mənfi amillərdir. Lakin müsbət olanlar getdikcə güclənərsə, mənfi amillər tədricən aradan götürülməklə, bütövlükdə real vəziyyətin daha da möhkəmlənməsinə xidmət etməlidir", - deyə P.Heydərov qeyd edib.

Ekspert vətəndaşlara pulun 50%-ni manatda, 50%-ni isə dollarla saxlamağı tövsiyə edib:

"O ki qaldı əhalinin öz sərbəst vəsaitlərini yaranmış yeni iqtisadi və maliyyə durumu ilə əlaqədar məhz hansı valyutada saxlamasının daha məsləhət olduğu məsələsinə, qeyd edim ki, əgər keçən il və ondan əvvəlki ildə manat və ABŞ dolları ilə olan pulun uyğun olaraq 25/75% nisbətində qorunmasının məqsədəuyğun olduğunu qeyd edirdimsə, indi artıq bunun balanslaşdırılmış şəkildə, yəni ki, 50/50% nisbətinə transfer edilərək dəyişdirilmiş şəkildə olmasının heç bir təhlükəli xarakter daşımadığını inamla tövsiyə edə bilərəm".

Pərviz Heydərov xatırladıb ki, manat hədsiz bahalaşan deyil:

"Onu da qeyd edim ki, manat nə cür iqtisadi faktorlar olursa-olsun, hədsiz bahalaşan da deyil. Yəni, o, bir daha 0,78 qəpik olan deyil. Heç 1,50 AZN-ə qədər dəyər qazanacağı da real deyil.

Ancaq ABŞ dollarının 2 AZN olacağına dair "qorxulu buludlar"da artıq mövcud deyil. Üfüqdə hansısa qaraltı gözə dəysə də belə, narahat olmağa dəyməz".

Mənbə: Oxu.Az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4150   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Xaricdən gətirilən avtomobillərin gömrük dəyəri 23% artıb – Yeni qiymət

Bu ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dolları dəyərində 6 min 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. -un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 320 dollar (31 min 144 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründ

17 fevral
.

Azərbaycan-ABŞ ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunacaq

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyat

18 fevral