İlham Əliyevdən sərhəd qoşunları haqqında fərman

İlham Əliyevdən sərhəd qoşunları haqqında fərmanPrezident İlham Əliyev "Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəyişiklikdə nəzərdə tutulur:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

"Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199; 2007, № 6, maddə 560, № 11, maddə 1078; 2013, № 2, maddə 94; 2016, № 1, maddə 10) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddənin birinci hissəsi üzrə:

1.1. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:

6) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənardan Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsinin qarşısının alınmasını təmin edir;";

1.2. aşağıdakı məzmunda 6-1-ci bənd əlavə edilsin:

"6-1) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görür;".

2. 5-ci maddə üzrə:

2.1. 1-ci bənddə "hərəkət etmək," sözlərindən sonra "həmin ərazidə" sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 1-1-ci və 1-2-ci bəndlər əlavə edilsin:

"1-1) şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirilməsini təmin etmək;

1-2) əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və yaxud dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə - müstəqil surətdə) açdırılmasını təmin etmək;";

2.3. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"4) bu Qanunla müəyyən edilmiş hallarda baxış keçirilərkən aşkar edilmiş hüquqpozma predmetlərini qanunla müəyyən edilmiş qaydada götürmək;";

2.4. 6-cı bənddən "Dövlət sərhədindən keçən xarici nəqliyyat vasitələrini və Azərbaycan Respublikasına məxsus nəqliyyat vasitələrini, bu vasitələrlə daşınan yükləri müəyyən edilmiş qaydada yoxlamaq;" sözləri çıxarılsın.

3. 21-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Sərhəd nəzarəti hərbi hissəsinin və ya sərhəd dəstəsinin sərhəd nəzarəti bölməsi Dövlət sərhədinin bir və ya bir neçə buraxılış məntəqəsində dövlət sərhədinin keçilməsi qaydalarına və dövlət sərhədinin buraxılış məntəqəsindəki (məntəqələrindəki) rejimə əməl edilməsinə nəzarəti həyata keçirir.".

XXX

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 1, maddə 1; 1995, № 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 444; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2008, № 10, maddə 886; 2011, № 2, maddə 71; 2013, № 2, maddə 95; 2016, № 1, maddələr 14, 19) 12-ci maddəsinin ikinci və üçüncü hissələri aşağıdakı redaksiyada verilsin:

"Nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının və ya əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sərhəd qoşunlarının tələbi əsasında gömrük orqanlarının iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda dövlət təhlükəsizliyi və ya dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitəsi barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri sərhəd qoşunlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar.

Şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə sərhəd qoşunları Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirirlər.".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2206   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 16:48. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalen

26 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel