"Mənim onunla..."-rejissor sevgiliyik deyən Mələyə cavab verdi

"Mənim onunla..."-rejissor sevgiliyik deyən Mələyə cavab verdiRejissor Samir Kərimoğlu aktrisa Mələk Kazımovanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Sonxeber.az bildirir ki, rejissor "ölkə.Az"-ın əməkdaşı ilə söhbətində aktrisanın söylədiklərini şər-böhtan adlandırıb:

"Kimlərsə özünü belə yolla piar etmək istəyir və mənim adımı ləkələmək istəyirlərsə, yanılırlar. Mənim onlarla ağız-ağıza verməyə halım yoxdur, söylədikləri şər və böhtandır. Buna görə qanun qarşısında cavab verəcəklər".

S.Kərimoğlu daha sonra fikrini belə davam etdirib:

"Məlumdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyəqatlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər".

Qeyd edək ki, M.Kazımova Ölkə.Az-a müsahibəsində "Mahmud baba" filminin rejissoru Samir Kərimoğlunun ona münasibət təklif etdiyini və bundan sonra rejissorun həyat yoldaşının çəkiliş meydançasına gələrək, onunla pis davrandığını söyləmişdi.

Maraqlı   Baxılıb: 1560   Tarix: 19 aprel 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR