Təcili! Prezident ölkəmizlə bağlı vacib qərarlar verdi

Təcili! Prezident ölkəmizlə bağlı vacib qərarlar verdiBütün siyasi qərarları, büdcənin formalaşması və gələcək vəzifələrlə bağlı məsələləri Bakı üzərindən ayırd etmək sözün həqiqi mənasında paytaxtın qayğılarını artırır.

Bu sözləri ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin əhəmiyyətini şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili dövlət başçısının sədrliyi ilə keçirlən müşavirəni xüsusi qiymətləndirib və ölkənin həyatı ilə bağlı çox vacib qərarların verildiyini qeyd edib:

"Qeyri-proporsionallıqdan çox ciddi əziyyət çəkməkdəydik. Yəni paytaxt qədərindən artıq inkişaf edir, lakin aqrar ərazilərin əsas hissəsi olan bölgələr bu inkişafdan geri qalırdı. Bu gün Abşeron yarımadası əhalinin 50 faizə qədərini özündə cəmləşdirir və büdcə resurslarının böyük əksəriyyəti məhz bu məkanın payına düşür. Beləlikə, sanki ərazi disbalansı yaşanır. Bu, özlüyündə başqa problemləri də dərinləşdirir, nəticədə paytaxta axın, əmək və mənzil bazarında çox ciddi gərginliklər özünü göstərir. Regionların boşalması ilk növbədə təhlükəsizliyimiz üçün problemdir, o biri yandan isə iqtisadi vasitələrlə həmin əraziləri inkişaf etdirmək istədikdə insan resursunun çatışmazlığı deməkdir. Ona görə də cənab Prezidentin dövlət kursunun ən mühüm komponenti məhz bölgələri siyasətin önünə çıxarmaq, paytaxtdan asılılığı aradan qaldırmaq, ərazilərin bərabər inkişaf modelini bərqərar etməkdir".

Mənbə: Axar.az
Millət vəkilinin sözlərinə görə, prezident nəinki ölkənin iqtisadi həyatı üçün son dərəcə fundamental proqram baxışlarını ifadə etdi, həmçinin Azərbaycanın mənafelərinin qorunması və bütövlükdə sahibkarlar ordusu üçün çox vacib çağırışlar etdi:

"Hesab edirəm ki, dövlət başçısı belə bir dönəmdə iqtisadi sferada yer alan bütün qüvvələri öz müttəfiqinə çevirməkdə maraqlıdır. Bəli, etiraf etmək lazımdır ki, keçmişdə olan bir sıra layihələr istənilən nəticələri verməyib. Bundan sonra bölgələrinin rəhbər şəxslərinin fəaliyyətinə məhz investisiyaların cəlbi, iş yerlərinin çoxalması və mərkəzi büdcədən asılılığın aradan qaldırması kriteriyaları əsasında qiymət veriləcək. Bu, məmurların fəaliyyətinin yeni müstəviyə daşınması anlamına gəlir. Keçmişdə özünü göstərən maneçiliklər, bürokratik əngəllər, lisenziya ilə bağlı tələblər və qanunsuz hərəkətlərin aradan qaldırılması üçün Prezident birbaşa onlarla ünsiyyət müstəvilərini seçir. Müşavirədə idxalın azalması və əvəzində ixracın artması qabardıldı. Deməli, əhəmiyyətsiz sahə yoxdur. Bir çoxları üçün çox da strateji görünməyən fındıqçılıqla bağlı mühüm məsələlər və yaxın bazarlara çıxış məsələləri də ifadə olundu. Neftdən asılılığın aradan qaldırılmasının başqa alternativi yoxdur. Bu, Azərbaycan iqtisadiyyatının mühüm dönüş mərhələsi kimi xarakterizə ediləcək. Cənab prezidentin irəli sürdüyü hər bir istiqamət son dərəcə əhəmiyyətlidir. Əminəm ki, qarşıdakı dönəmdə iqtisadi dinamikada müsbət dəyişikliləri daha çox görəcəyik. Nəhayət, devalvasiyanın vurduğu zərbələri aradan qaldırmaq, xüsusilə də işsizliyin artmasını və ixtisarların qarşısını kəsmək mümkün olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3705   Tarix: 20 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel