Nazirlikdən xəbərdarlıq! "Bu il Azərbaycanda...."

Nazirlikdən xəbərdarlıq! "Bu il Azərbaycanda...."Bu il yaz-yay (aprel-may-iyun) mövsümü ərzində yağıntılarının miqdarının çoxillik normaya yaxın və az, havanın orta temperaturunun isə normadan 0,5-1 dərəcə yüksək olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublika çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb.

2016-2017-ci illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və qismən də dağətəyi zonalarında qar örtüyünün yaranması prosesi ötən illərdən fərqli olaraq artıq oktyabr ayının 17-19-dan başlayaraq müxtəlif fasilələrlə ayın 3-cü ongünlüyündə və noyabr ayının 3-cü ongünlüyünün 1-ci yarısında davam edib. Dekabr, yanvar və fevral ayının 1-ci yarısında dağ və dağətəyi zonalarda sabit qar örtüyünün əmələ gəlməsi düşən qar hesabına daha çox olub. Həmin müddət ərzində yüksək dağlıq ərazilərdə havaların şaxtalı keçməsi qar örtüyünün qalmasına şərait yaradıb ki, bu da təbii olaraq gursululuq dövrünün formalaşmasında əsas rol oynayacaq.

Lakin mart ayının mülayim keçməsi və ayın 3-cü ongünlüyündə temperaturun yüksələrək nisbətən isti keçməsi orta və qismən yüksək dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriməsinə səbəb olub, nəticədə qar ehtiyatı azalıb.

Bu il Böyük və Kiçik Qafqazın çay hövzələrində aparılan qarölçmə işlərinin nəticələri onu göstərir ki, yağan qar həm çoxillik normadan, həm də keçən il ilə müqayisədə çox olub.

Kür çayından Şəmkir su anbarına axımın normanın 57-80, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 55-82, Araz çayından Araz su anbarına axımın isə normanın 34-60 faizini təşkil edəcəyi gözlənilir.

Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki,Oğuz-Qəbələ) yamacı çaylarında sululuğun çoxillik normanın 80-105, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında 63-90, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 75-100, Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 45-85 faizini təşkil edəcəyi gözlənilir.

Bu il qar ehtiyatının normadan çox olmasına və yaz (aprel-may-iyun) yağıntılarının normadan əsasən az gözlənilməsinə baxmayaraq, gursululuq dövrünün ayrı-ayrı günlərində gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.

Bu il respublikanın daxili çay hövzələrində qarda olan su ehtiyatı çoxillik normadan çox olsa da, mart ayının mülayim olması və ayın 3-cü ongünlüyündə temperaturun yüksələrək nisbətən isti keçməsi orta və qismən yüksək dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriməsinə səbəb olub və nəticədə qar ehtiyatı azalıb.

Qonşu Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazilərində qarda olan su ehtiyatı çoxillik normadan az olub.

Yaz-yay (aprel-may-iyun) yağıntılarının miqdarının çoxillik normaya yaxın və az, havanın orta temperaturunun isə normadan 0,5-1 dərəcə yüksək olacağı gözlənilir.
Qeyd olunanları nəzərə alaraq əldə olunan məlumatlara, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən, bu ilin gursululuq dövründə Böyük və Kiçik Qafqazın çaylarında sululuğun normaya yaxın və bir qədər az, Naxçıvan MR, Lənkəran-Astara bölgəsi və iri tranzit çaylarda isə normadan əsasən az olacağı gözlənilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2767   Tarix: 20 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb. Xüsusə

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

"Bu yolda yerimək təhlükəli hal alıb" - Video

"Bu yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Avtomobillər buradan işləyə bilmir. Problemi də həll edən yoxdur". Bu şikayətlə "Qafqazinfo"ya Xırdalanın Qəzənfər Xaliqov küçəsində yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, burada yollar artıq yararsız haldadır

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart