Deputatdan Tənzilə Rüstəmxanlıya cavab: "O hər şeydə qüsur axtarmasın"

Deputatdan Tənzilə Rüstəmxanlıya cavab: "O hər şeydə qüsur axtarmasın"Milli Məclisin Regional məsələlər və Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvü Tahir Rzayevin Ölkə.az-a müsahibəsi zamanı "Heç vaxt yürüyən ata qamçı vurmurlar. Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də!" fikirləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət deputatı qadınları atla müqayisə etməkdə ittiham edib. Məsələ ilə bağlı fikir bildirən Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, Tahir Rzayevin deputatlıq mandatı müzakirə olunmalı, həm də o, qadınlardan üzr istəməlidir.

Modern.az məsələnin aktuallığını nəzərə alaraq Tahir Rzayevə müraciət edib. Deputat səsləndirdiyi fikirlərin arxasında olduğunu bildirib:

"Bülbül kimi cəh-cəh vurur" fikirlərini də yozaq?...

"Bu hər zaman işlədilən fikirlərdir. Dahi Nizami Gəncəvi insanları arılarla, qarışqalarla müqayisə edirdi. Eyni zamanda deyirlər "aslanın erkəyi, dişisi olmaz". Bunlar el misallarıdır, aforizmlərdir, qadına şamil olunmur. Mən orda fikrimi aydın ifadə etmişəm. Demişəm ki, yaxşı qadınların hamısı mənim bacımdır, anamdır. Eyni zamanda demişəm ki, pis, müəyyən nöqsanlara yol verən qadınlar varsa, onlar da bizim vətəndaşlarımızıdır, onları doğru yönəltməliyik. Mənim fikrim yalnız qadınlarla bağlı deyil. Eyni zamanda demişəm ki, sərxoş kişi evə gəlib qadını incidirsə, o, müəyyən tənbehlərə məruz qalmalıdır. Dahilər insanları işlək olmaqdan ötrü qarışqalarla, arılarla müqayisə ediblər. Yaxşı oxuyana deyirlər ki, "bülbül kimi cəh-cəh vurur". İndi durub bu fikri harasa yozmaq doğru deyil. Bu sadəcə müqayisədir".

"Mən o qadınlara nifrət edirəm..."

Deputat doğru yolda olmayan qadınlara nifrət etdiyini qeyd edib: "Qadın 3 uşağını atıb ərli kişiylə qaçırsa, ona nə ad verək? O qadın tənbeh olunmamalıdırmı? Mən bu baxımdan demişəm ki, belə qadınlar kişilər tərəfindən müəyyən sözlərə məruz qalırlarsa, ictimaiyyət arasında onlar barəsində yaxşı fikir söylənilmirsə, demək qadın səhvdir, cəmiyyət haqlı. Biz belə qadın və kişilərimizi qınaq obyektinə çevriməliyik. Ailədə kişi və qadın münasibətləri normal olmalıdır. Hər iki tərəf ailənin saflığı üçün çalışmalıdır. Ona görə demişəm ki, yüyürək at özünə qamçı vurdurmaz. Bu el misalıdır. Mən bunu topluma şamil etməmişəm, deməmişəm ki, qadın heyvandır yaxud qadın atdır və s. Mən belə sözü demərəm axı. Bu mənim ziyalılığıma sığışan da deyil.

Mən yenə də deyirəm, ailəsini sevməyən, onları atıb başqa kişiylə gedən qadınlara nifrət edirəm. Çünki qadın cəmiyyətdir. Qadın təmiz olmasa, cəmiyyət də təmiz olmayacaq. Bu fikirləri bizim babalarımız, dədələrimiz səsləndirib. Mən heç vaxt yaxşı qadınlar haqqında bu sözü demərəm. Onların hamısı mənim anam, bacımdır. Pisləri isə vətəndaş olaraq düz yola, ailəsinə qaytarmalıyıq".

"Tənzilə xanım hamıda qüsur axtarmasın"

T.Rzayev T.Rüstəmxanlının səsləndirdiyi fikirlərdə haqsız olduğunu vurğulayıb: "Tənzilə xanıma mənim çox böyük hörmətim var. Amma xanımdan bir xahişim var ki, hər şeydə qüsur axtarmasın. Tənzilə xanım, bir deputat söz deyən kimi "bunları məhkəməyə vermək lazımdır", "xalq qarşısında cavab verməlidirlər" kimi fikirlər səsləndirir. Belə şey olmaz axı. Biz cəmiyyətin saflaşdırılmasından ötrü ictimai qınaq yaratmalıyıq. Onlar haqqında fikrimizi bildirməliyik. Yoxsa hansısa deputat bir fikir bildirən kimi onu bəzəyib yamaq vurmaq olmaz. Mən Tənzilə xanımın cəmiyyətdəki rolunu da bilirəm, onu gördüyü işlərə də yüksək qiymət verirəm. Amma bu cür fikirlər səsləndirmək doğru deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1906   Tarix: 20 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021