Beynəlxalq sorğunun nəticələri açıqlandı: Azərbaycanda neçə faiz insan özünü dindar sayır?
Türkiyənin "Barem" araşdırma mərkəzi və "WİN Gallup İnternational" beynəlxalq sorğu şirkəti dünyanın müxtəlif ölkələrində 66 minə yaxın şəxsin rəyini öyrənib. Təşkilatçılar respondentlərdən dindar olub-olmadıqlarını soruşublar.
Azərbaycan 67 ölkə arasında 53-cü sıradadır: sorğuya qatılan azərbaycanlı respondentlərin 35%-i dindar olduğunu bildirib.
Sorğuya əsasən, ən dindar adamlar Tailandda yaşayır. Novator.az-ın məlumatına görə, bu ölkədə respondentlərin 98%-i dindar olduğunu bəyan edib.
İkinci yerdə Nigeriya (97% özünü dindar sayır) gəlir.
Hindistanda əhalinin 94%-i özünü dindar sayır.
Pakistanda əhalinin 93%-i dindar olduğunu bildirib.
Ermənistanın göstəricisi 92%-dir.
İran 23-cü sırada yer alır: respondentlərin 77%-i dindar olduğunu bəyan edib.
Türkiyəlilərin 74%-i özünü dindar sayır.
Rusiyada özünü dindar hesab edənlər 61%, ABŞ-da 56%, Ukraynada 53%, Fransada 45%, İsraildə 39%, İspaniyada 37%-dir.
Almaniyada əhalilin 34%-i, Böyük Britaniyada 27%-i, Yaponiyada 13%-i özünü dindar sayır.
Sonuncu – 67-ci sırada Çin dayanır. Bu ölkədə respondentlərin 67%-i ateist olduğunu, 23%-i dindar olmadığını bildirib. Özünü dindar sayanlar 9%-dir.
Mənbə: Novator.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1292 Tarix: 20 aprel 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda bu evlər bahalaşıb
Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım
28 martŞadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb. Xüsusə
28 martGəlinə verilən hədiyyə boşananda bölünəcək?
Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy
28 martDİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"
Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind
28 martAzərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna
28 mart