Xəbərdarlıq - Axşam Bakıda...

Xəbərdarlıq - Axşam Bakıda...Məhdudiyyət müvəqqəti olacaq

Paytaxtda daha bir neçə yolda hərəkət məhdudlaşdırılır.

"Azəravtoyol" ASC-nin yaydığı məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Xəzər rayonu, Qala-Şüvalan yolunda ("Azal Arena"nın yolu) müvafiq işlər aparılır. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Anoloji işlər bu axşam 22:00-dan etibarən Moskva prospekti, Biləcəri dairəsində, həmçinin Nəsimi rayonu, A.Bakıxanov və Ceyhun Hacıbəyli küçələrində ( A.Bakıxanov küçəsindən Hənifə Ələsgərova küçəsinədək) də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir

Sosial   Baxılıb: 1854   Tarix: 21 aprel 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az