Tiflisdə İnterpolun axtardığı azərbaycanlı bisnesmen tutuldu

Tiflisdə İnterpolun axtardığı azərbaycanlı bisnesmen tutulduGürcüstanın mərkəzi kriminal polisi Departamentinin mütəşəkkil cinayətkarlıqla mübarizə Baş idarəsinin əməkdaşları İnterpol-un Tiflis bürosu ilə birlikdə keçirdikləri əməliyyat zamanı beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı yaxalanıb.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Gürcüstan DİN məlumat yayıb. Məlumatda 1961-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı Qalib İbrahimovun Tiflisdə saxlanıldığı, onun 2015-ci ilin noyabrında İnterpolun Azərbaycan bürosu tərəfindən qırımızı bülletenlə axtarışa verildiyi bildirilir.

Gürcüstan DİN-in məlumatına görə o, Azərbaycanın Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə ittiham olunur. Bu maddə iri məbləğdə vergidən yayınmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Hazırda saxlanılan şəxsin barəsində ekstradisiyaya qədər proseduralar həyata keçirilir.

Qalib İbrahimov "Azkomp" MMC şirkətinin rəhbəridir. O, 2015-ci ilin noyabrında iri məbləğdə vergidən yayınmaq ittihamı ilə İnterpol-un xətti ilə beynəlxalq axtarışa verilib. Qalib İbrahimovun beynəlxalq axtarışa verildiyi barədə xəbərlər həmin dövrdə KİV-lərdə yayılıb.

"Azkomp" MMC-nin və Qalib İbrahimovun fəaliyyəti barədə geniş məlumat yoxdur. Bununla belə tender.gov.az saytında göstərilir ki, həmin şirkət 2012-ci ildə iki nazirliyin kompüter və şəbəkə avadanlıqlarının alınmasına dair keçirdikləri üç tenderin qalibi olub. Bunlar məbləğinə görə elə də böyük olmayan tenderlərdir, ümumi məbləği bir neçə on min manatdan çox deyil. Həmin tarixdən sonra "Azkomp" MMC-nin dövlət strukturlarının və müəssisələrinin keçirdikləri tenderlərdə iştirakına dair məlumata rast gəlinmir.

----------

14:08

Gürcüstanın paytaxtı Tbilisidə 2015-ci ilin noyabr ayından İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı, 1961-ci ildə anadan olmuş Q.İ. saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, saxlanılan şəxs İnterpolun Bakı şöbəsi tərəfindən axtarışa verilib.
Q.İ. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə cinayət törətməkdə, başqa sözlə, külli miqdarda vergidən yayınma ilə ittiham edilir.

Nazirliyin məlumatına görə, hazırda saxlanılan şəxs barəsində ekstradisiyaya qədər qanunun tələb etdiyi proseslər həyata keçirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1482   Tarix: 21 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda əyləncə mərkəzində yanğın - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb. Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Qeyd edilir ki, yanan obyekt "Atrium Kids park" əyləncə mərkəzi kimi fəaliyyət göstərir

20 aprel
.

Taleh Babayev: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb

Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 100 m²-ə yaxın taxta yanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib. Onun sözlərinə görə, 800-10

20 aprel
.

Ağdaşda 53 yaşlı kişi özünü yandırdı

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak

20 aprel
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo,

24 aprel
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

20 aprel
.

Suriyada neft boru kəmərində yanğın olub, ölən var

Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi

21 aprel
.

SON DƏQİQƏ! Əkbər Əliyev vəfat etdi

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib. Bu barədə mərhumun yaxınları -a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika İnstitutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdə

21 aprel
.

Gəncə şəhərində ev yanb

Gəncə şəhərinin Məhsəti qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 163 kvadratmetr olan evin 68 kvadratmetri yanıb. Əraziyə dərhal FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğı

14 aprel
.

Əhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ

21 aprel