Ekoloji problemlərlə bağlı maarifləndirmə proqramı bu ayda başa çatacaq
"SAF Həyat Naminə" Gənclər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi " Gənclərin Ekoloji Maarifləndirmə Proqramı"na start verdi.
Azərbaycanda aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında müvafiq dövlət proqramları həyata keçirilsə də, cəmiyyətin hər bir üzvü bu sahədə dövlətlə bərabər fərdi şəkildə iştirak etməli, bunun üçün cəmiyyətdə daha geniş ekoloji maarifləndirmə işləri aparılmalıdır. Məhz bu baxımından, təşkilat olaraq gənclərin EKOMƏKTƏBİ, yəni ekoloji maarifləndirmə proqramını həyata keçirir. Layihənin icra olunduğu Mingəçevir şəhərində yerləşən zavod, fabriklərdə və çayətrafı ərazilərdə monitorinq keçiriləcək, Gənclərin iştirakı ilə təşkil olunacaq ekskursiyalar zamanı onlar arasında "Ekoloji müsabiqə"lər təşkil olunacaq. Ekskursiyalar yalnız gəzinti xarakterli deyil, eyni zamanda iməcliklər şəklində olacaq. Fəal gənclər mükafatlandırılacaq.
Layihənin hədəf auditoriyası potensial gələcəyimiz olan və ekologiyanin ən yaxşı qoruyucuları olacaq məktəblilər və gənclərdir. Əyani vəsaitlərin daha geniş kütləyə çatdırılması üçün layihəyə cəlb ediləcək könüllülər bu vəsaitləri şəhərin müxtəlif yerlərində insanlara paylayacaqlar. Layıhənın icrasının nəticəsi olaraq cəmiyyətdə ekologiya haqda biliklər formalaşacaq, ictimaiyyətin və bilavasitə aidiyyatı orqanın diqqəti bu sahəyə yönəldiləcəkdir .Bu sahədə təcrübəsi olan insanlarla fikir mübadiləsi aparılacaq, həyata keçirilən ekoloji tədbirlər nəinki paytaxtda, həmçinin regionlarda da gəncləri məsələ ilə yaxından taniş etmiş olacaqdır. Martın 1-dən başlayan layihə iyunda yekunlaşacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Kəlbəcər Azərbaycanın təbii sərvətlər xəzinəsi və gələcəyin turizm məkanı
Bu ərazidə ucuz ev almaq istəyənlərə XƏBƏRDARLIQ: Gələcəkdə əmlakı itirə bilərsiniz? - AÇIQLAMA
Bakıda iki azyaşlı bacı vəfat etdi
BYD-nin bir modelinə Avropada qadağa qoyuldu: Azərbaycanda avtomobil bazarına təsiri olacaq? - AÇIQLAMA
Bacı-qardaş miras evini bölə bilmirsə, məhkəmə nə qərar verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Elmira Şabanova vəfat etdi
Rəsmi nümayəndəlik var, məhsullar yoxdur: Unilever Azərbaycan bazarında niyə çeşidi genişləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
"Mənzil böyük ola bilər, amma düzgün planlaşdırılmayıbsa rahat deyil" - Muxtar Ərturan
Sumqayıt bulvarında dənizdə batan Nəsrəddinin meyiti tapıldı
Yaponiyada güclü zəlzələ: onlarla insan xəsarət alıb, qatarların hərəkəti dayanıb
Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır