Hazır olun! Payızda dollar bu rəqəmədək bahalaşacaq

Hazır olun! Payızda dollar bu rəqəmədək bahalaşacaq"Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışları ərəfəsində ölkəmizdə dolların 1.65 və 1.70 civarında qalması ehtimalı yüksəkdir"
Bunu iqtisadçı Natiq Cəfərli idman yarışları ərəfəsində dolların hansı məzənnədə ola biləcəyini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu aylar ərzində dolların rəsmi məzənnəsində ciddi dəyişiklik olmayacaq: "Çünki hökumətin də özünün qırmızı xətti var. Əslində çox baha manat hökumətə sərf eləmir. Çünki büdcə öhdəliklərinin yerinə yetirilməsində problemlər yaşana bilər. Ona görə də 1.70 sanki qırmızı cizgidir. Son 4 hərracdır ki, məzənnə dəyişmir. Yəni məzənnədə çox cüzi dəyişikliklər olur. Buna da dəyişiklik demək mümkün deyil. Ona görə də rəsmi məzənnədə ciddi dəyişikliyin olacağını gözləmirəm.
Sadəcə olaraq Mərkəzi Bank banklara köməklik etmək məqsədilə 4 faizli satış marjını ləğv elədi. Yəni banklar rəsmi məzənnənin 4 faizdən ya aşağı, ya da yuxarı alış-satış həyata keçirə bilərdi. Amma Mərkəzi Bank bir neçə ay öncə bunu ləğv etdi. İndi banklar dolları istədiyi qiymətə alıb, istədiyi qiymətə sata bilirlər. Bu da sanki banklara yardım idi.
Ona görə də banklardakı məzənnə çox qəribədir ki, rəsmi məzənnədən alış və satış da aşağı səviyyədədir. Bu da ən azından məntiqli deyil. Çox güman ki, bu kəskin böyük dəyişikliklərə gətirib çıxarmayacaq. İslam Oyunlarından sonra Formula 1 yarışları da olacaq. Bütün bu idman yarışları bitənə kimi hələlik dolların indiki səviyyələrdə, yəni 1.65 və 1.70 civarında qalması ehtimalı yüksəkdir.
Bu gün Dünya Bankı da Azərbaycanla bağlı hesabat açıqlayıb. Hesabatda əsas problemin manat kütləsinin və dövriyyəsinin azalması göstərilib. Bu da məzənnənin sabitləşməsinə təsir edir. Amma ümumi iqtisadi aktivliyə çox mənfi təsir göstərir. Hətta beynəlxalq ekspertlər də bizim aylardır, dediklərimizi dolayısı olsa da təsdiqlədilər. Ona görə də çox ciddi dəyişikliyin və ucuzlaşmanın olmasını gözləmirəm".
İqtisadçı dolların bu ərəfədə 1.50, hətta ondan aşağı qiymətə düşməsinin mümkünsüz olduğunu bildirib: "Proqnozlar səsləndirilir ki, dollar 1.50, hətta ondan aşağı da ola bilər. Amma inanmıram ki, belə olsun. Bu indiki reallıqda mümkün də ola bilməz. Amma bir müddət, yəni 1 ay və ay yarım ərzində dollar 1.60 və 1.70 civarında olan səviyyələrdə olmasını müşahidə edə bilərik".
Natiq Cəfərli idman yarışlarından sonra dolların yenidən qalxmasına gəlincə qeyd edib ki, bu bir müddət mümkün olmaya bilər:"Yarışlardan sonra dərhal dolların qiymətinin qalxmasını görməyə bilərik. Əsas proseslər payızda olacaq. Çünki payızda beynəlxalq miqyasda baş verə biləcək bəzi proseslər var. Bu səbəbdən əsas proseslər payızda başlayacaq".
İqtisadçı vurğulayıb ki, ilin sonuna kimi dolların 1.90 və 1.95 səviyyələrində olması müşahidə ediləcək.

Mənbə: Bakipost


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4203   Tarix: 21 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel