Bakıda daha bir polisdən sürücüyə hörmətsizlik - VİDEO
Bakıda sürücü ilə YPX əməkdaşı arasında mübahisə kameraya düşüb.
BAKU.WS-in məlumatına görə, Masazır yolunda gizli radar quraşdıran polis əməkdaşlarına yaxınlaşan sürücü etiraz edib. Polisə irad tutan sürücü gizli radar quraşdırılmasının düzgün olmadığını bildirib. Buna cavab olaraq polis sürücüdən sənədlərini təqdim etməyi tələb edib.
Qeyd edək ki, radarla bağlı ekspert Ərşad Hüseynov bir müddət öncə açıqlama vermişdi. Mütəxəssis hesab edir ki, radarlar istənilən yerdə, hətta 100 metrdən bir də quraşdırıla bilər.
Videogörüntülərdən aydın görünür ki, YPX əməkdaşı vəsiqəsini sürücüyə təqdim etməkdən boyun qaçırır. Qeyd edək ki, sürücü YPX əməkdaşının özünü şifahi olaraq təqdim etməsi ilə kifayətlənməyib vəsiqəsini göstərməyi tələb etmək hüququna malikdir. Sürücü haqlı olaraq YPX əməkdaşının vəsiqəsini görməyincə sənədlərini təqdim etməkdən imtina edə bilər. Amma bu videodan görünür ki, YPX əməkdaşı vəsiqəsini təqdim etmək kimi öhdəliyinin mövcudluğundan xəbərsizdir və yaxasındakı nişanı vəsiqə kimi təqdim edir. Üstəlik, sürücünün sənədlərini zorla almağa çalışır.
Ümumiyyətlə, hazırda YPX əməkdaşlarının savadsızlığı və mədəniyyətsizliyi ölkənin sürücü kütləsi qarşısında ciddi problem olaraq dayanmaqdadır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 4368 Tarix: 21 aprel 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşŞairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021