DİQQƏT! Metro kartınızı telefona yaxınlaşdırdıqda görün nə baş verir?

DİQQƏT! Metro kartınızı telefona yaxınlaşdırdıqda görün nə baş verir?""BakıKart"ın balansına 1 manat yüklədim, 1 dəfə istifadədən sonra balansda cəmi 20 qəpik qalmışdı.

Bu hal bir neçə dəfə təkrarlandı. Əvvəl yadımdan çıxdığını düşünürdüm, sonra daha çox diqqət etməyə başladım, həqiqətən də, karta yüklədiyim məbləğ silinirdi".

Əməkdaşlarımızdan birinin qarşılaşdığı bu məsələ çoxumuzun başına gəlib. Son vaxtlar bu cür şikayət edənlər də az deyil. Onlar əsas problemin aparatlarla bağlı olduğunu deyirlər. İddialara görə, aparatlar kartdan gediş haqqından daha artıq pul çıxır. Hər dəfə məsələ gündəmə gələndə rəsmi tərəf bunun mümkün olmadığını və kartların balansındakı məbləğin öz-özünə silinməsinin mümkün olmadığını dilə gətirir.

Lakin bu dəfə iddia fərqlidir. Belə ki, iddiaya görə kartın istifadə edilmədiyi halda balansının sıfırlanmasının səbəbi onun mobil telefon, kompüter, yeni nəsil televizorların yanına qoyulmasıdır. Bu cihazlar kartın balansındakı məbləği silir. Kartını daim mobil telefonla eyni qabda saxlayanların problemi daha çox yaşamaları məsələni aidiyyəti qurumla araşdırmağımıza səbəb oldu.
İnternet kiçik axtarışımızdan bəlli oldu ki, bu problemlə qarşılaşan və telefonla bağlı iddianı təsdiqləyənlər kifayət qədərdir. Əlbəttə, bu iddianın yanlış olduğunu düşünənlər də az deyil.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev kartın balansından öz-özünə pulun silinməsinin mümkün olmadığını deyib: "Telefon və digər cihazlarla yanaşı qoyulanda balansdan pul silinməsi ilə bağlı iddia kökündən məntiqsizdir. Yəni mümkün deyil. O ki qaldı kartın məbləğindən əlavə vəsaitin silinməsi iddiasına qeyd edim ki, "BakıKart" sistemi olduqca mükkəməl tərzdə qurulub. Gediş haqqı ödənilən zaman əlavə bir qəpik də olsun belə artıq vəsait silinə bilməz. Kiminsə bununla bağlı iddiası varsa, buyurub bizə müraciət eləsin kartın üzərindəki seriya nömrəsi ilə araşdıraq. Tam məsuliyyətimlə bildirirəm ki, "BakıKart" ödəmə terminallarından "BakıKart" əldə etdiyiniz andan həmin kartla həyata keçirdiyiniz bütün əməliyyatlar ən kiçik detalınadək qeydə alınır. Əgər kimsə bunun əksini iddia edirsə, buyursun problem olan "BakıKart"ı təqdim etsin araşdırıb nəticəsini təqdim edək. Ola bilər ki, siz müraciət edən bu iddanın müəllifləri kartla ödəniş edərkən nəsə yanlışlığa yol verib. Bu, istisna deyil".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8027   Tarix: 21 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021