Bakıda 28 may metrosu yaxınlığında ürəkdağlayan ölüm!

Bakıda 28 may metrosu yaxınlığında ürəkdağlayan ölüm!Aprelin 25-də səhər saatlarında Nəsimi rayonu, Nizami küçəsində bədbəxt hadisə baş verib. Binaların üzlənməsi ilə məşğul olan 31 yaşlı fəhlə Emil Oruc oğlu Hacıyev hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, Emil Hacıyev "Bakıinşaat" şirkətinin əməkdaşı olub. Şirkət Nizami, 28 May küçələrindəki binaların təmiri ilə məşğul olur. E.Hacıyev məcburi köçkün kimi Yeni Yasamalda məskunlaşıb.

"Fəhlələr küləkli hava şəraitində belə işləyirlər. Çox zaman qoruyucu kəmərlərdən istifadə edilmir, bir neçə dəfə qəza şəraiti yaranıb", - hadisənin şahidi olan mağaza satıcısı bildirib.

Şahidlərin sözlərinə görə, mərhum yıxılarkən qışqıraraq ətrafdakıları köməyə çağırıb. Lakin ona yardım etmək mümkün olmayıb. Hazırda Nəsimi Rayon Polis İdarəsi 22-ci bölməsinin əməkdaşları hadisə yerindədirlər.

Qeyd edək ki, yol kənarlarındakı binalarda balkonlar təmir edilir. Lakin təmir gedən ərazilərdə təhlükəsizlik tədbirləri görülməyib. Xüsusilə küləkli havalarda daş, dəmir parçaları ətrafa yayılır.

Səhiyyə Nazirliyindən faktı təsdiqləyərək bildiriblər ki, təcili tibbi yardım hadisə yerinə çatanadək E.Hacıyev dünyasını dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 12109   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb. Şəki sakini 1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədə

21 aprel
.

Xaçmazda gənc oğlan borca görə özünü öldürdü

Xaçmazda intihar hadisəsi olub. xəbər verir ki, hadisə rayonun Rəhimoba kəndində qeydə alınıb. 28 yaşlı R.Balakişiyev bağ sahəsində talvardan özünü asaraq, həyatına son qoyub. Onun meyitini ailə üzvləri aşkar ediblər. Məlum olub ki, R.Balakişiyevin müxtəlif şəxslərə külli miqdarda borcu olub. Onun məh

20 aprel
.

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasını

20 aprel
.

TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib. "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadis

14 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Hacıqabulda dəhşətli qəza: Xəsarət alanların adları AÇIQLANDI

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub. "Report"un məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfərin müxtəlif dərəcəli xəsarətlər alıb:. Kürdəmir rayon sakinləri Gülşən Vəlican qızı Teyyublu (1994-cü il təvəllüdlü)

21 aprel
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub. "Report" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində üç bala qədər hiss olunub. Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib

20 aprel
.

Ukraynada son vəziyyət: "Əhalisi 30 min nəfərə yaxın olan şəhərdə 10 faiz əhali qalıb" - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Xarkov vilayətinin Vovçanska şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib. Belə ki, əhalisi 30 min nəfərə yaxın olan bu şəhərdə 10 faiz əhali qalıb

14 aprel
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel