İki gün sonra Qarabağ üçün nələr olacaq? - "RUS PLANI" AÇIQLANDI

İki gün sonra Qarabağ üçün nələr olacaq? - "RUS PLANI" AÇIQLANDIAprelin 27-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

Bu görüş Dağlıq Qarabağ münaqişəsində dalana dirənmiş danışıqların yenidən başlaması istiqamətində mühüm addım ola bilər.

Üçtərəfli formatda görüşün keçirilməsini rəsmi Bakı təklif edib. İndiyə qədər bu təklif iki dəfə irəli sürülsə də, İrəvan razılaşmırdı. Görünür, üçüncü dəfə görüşün baş tutacaq.

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan da belə görüşə ehtiyac olduğunu qeyd edib.

"Lakin görüşlə bağlı qəti qərar olanda bu haqda məlumat verəcəyik", - deyə Nalbayndyan öz ölkəsinin jurnalistlərinə açıqlamasında bildirib.

Bu, Ermənistanın danışıqlar masasına gətirilməsi deməkdir.

Sonuncu dəfə ötən ilin 20 iyununda Sankt-Peterburqda görüşən prezidentlər indiyə qədər bir araya gəlməyib. Aprel müharibəsində məğlubiyyətə uğrayan İrəvan döyüşün dayandırılması üçün danışıqlar masasına gəldi, münaqişənin həlli ilə bağlı müəyyən addımlar atıldı. Lakin daha sonra baş verən bir sıra siyasi hadisələr prosesləri dayandırdı. Ermənistan da yaranmış situasiyadan istifadə edərək, danışıqlardan yayındı.

Burada ilk növbədə görüşün ATƏT-in Minsk qrupu çərçivəsində yox, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında keçirilməsi diqqət çəkir. Hansı ki, İrəvan məhz bu formatı inkar edirdi. Çünki Rusiya münaqişənin həlli ilə bağlı öz planını həyata keçirmək niyyətindədir. Bu planda işğal olunmuş rayonların qaytarılması, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi, qaçqınların qayıdışı, daha sonra Qarabağın yekun statusunun müəyyən edilməsi var. Rusiya münaqişəni bu yolla həll edərək, həm öz sülhməramlılarını bölgəyə yerləşdirmək, həm də bölgədə təşəbbüsü başqasına verməmək istəyir. Rusiyanın burada maraqları olsa da, bu, uzun illərdir davam edən münaqişənin həlli istiqamətində böyük irəliləyişdir. Ermənistan bunu qəbul etməmək üçün görüşdən yayınır və Qərbə üz tuturdu. İrəvan Qərbin təklif etdiyi "atəşkəsə nəzarət mexanizmi"nin quraşdırılmasını tələb edir. Halbuki, bu işğalın davam etməsinə şərait yaratmaqla yanaşı, Rusiyanın da maraqlarına uyğun deyil.

Mənzərə belədir, lakin rusların İrəvanın istəyinə imkan verəcəyi inandırıcı görünmür. Moskva Ermənistana nə qədər dəstək versə də, öz vassalının ondan başqasından imdad diləməsini də qəbul etmir.

Bu baxımdan, iki gün sonra keçirilməsi gözlənilən görüşdə Rusiyanın Ermənistana münaqişənin həlli ilə bağlı təzyiq edəcəyi mümkündür.

Ermənistanın "lragir" saytı da İrəvana təzyiqi istisna etmir.

Saytın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, İrəvan rusların təzyiqini bildiyi üçün üçtərəfli formatda görüşdən imtina edirdi.

"Lakin sona qədər dirənmək mümkün olmadı və mübarizə artıq görüşdə davam etdiriləcək", - deyə İrəvandakı diplomatik mənbə bildirib.

Sayt yazır ki, Minsk qrupu olmadan keçirilən üçtərəfli format Rusiyaya Ermənistanı münaqişənin həllinə məcbur etmək imkanı yaradır.

"Üçtərəfli format – bu Azərbaycanın diplomatik qələbəsidir", - deyə erməni saytı qeyd edir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2918   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ermənistanın havadarı olan ölkələr sülh məsələsinin həll olunmamasına çalışırlar" - Politoloq

Ermənistan mətbuatında Nikol Paşinyan bu gün Tavuş marza səfər edəcəyi bildirilib. Ermənistan hökumət səfərin təfərrüatlarını açıqlamayıb. Paşinyanın Azərbaycanla sərhəd olan əraziyə gəlməsinin səbəbi nə ola bilər? Sərhədlərin delimitasiyasına necə təsir göstərə bilər ?. Məsələ ilə bağlı politoloq Tura

18 mart
.

İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb

Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayı

18 mart
.

Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyay

14 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib:. "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayını

15 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart