Son dəqiqə! Günün dəhşətli xəbəri - Bakıda "BMW" Azərsunun işçilərini vurdu - Ölən və yaralılar var

Son dəqiqə! Günün dəhşətli xəbəri - Bakıda "BMW" Azərsunun işçilərini vurdu - Ölən və yaralılar varBu gün səhər saat 8:00 radələrində Nizami rayonu , Ruslan 93 marketin qarşısında 4 piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, piyadalar işıqforun onlar üçün yanan yaşıl işığında yolu keçərkən, "BMW" markalı minik avtomaşını onları vurub.

Yaralılar təcili tibbi yardım avtomaşın ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Lənkəran rayon sakini olan, 1954-cü il təvəllüdlü Cəfərova Tamaşa Abbas qızı xəstəxanaya çatdırılsa da, ağır xəsarətlər aldığından dünyasını dəyişib. Digər yaralılar - 1993-cü il təvəllüdlü Ağazadə Dəyanət Adil oğlu, 1994-cü il təvəllüdlü Ağazadə İlham Xəlil oğlu və 1968-ci il təvəllüdlü Rzayev Rafiq Mədət oğlu həkimlər tərəfindən müayinə olunublar. Dəyanət Ağazadəyə qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sol baldır sümüyünün açıq sınığı, İlham Ağazadəyə hər iki aşağı ətrafın əziyi və sıyrıntısı, Rafiq Rzayev isə qapalı kəllə-beyin travmatik şok diaqnozu qoyulub.

Dəyanət Ağazadə ilə Rafiq Rzayevin vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. İlham Ağazadənin isə vəziyyəti orta-ağırdı.

Qeyd edək ki, Dəyanət ilə İlham Ağazadə əmioğludurlar və hadisə baş verən zaman Azərsun Holdinqə işə gedirmişlər. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və hadisə yeri müayinə olunub. Hadisəni törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Avtotexniki ekspertiza təyin olunduqdan sonra fakta hüquqi qiymət veriləcək.

Mənbə: SalamNews


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 12828   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Crocus hücumu: terrorçu ermənicə söyürmüş

"Dojd" Yutub kanalında canlı yayım zamanı aparıcı Anna Monqayt "Krokus" konsert zalının əməkdaşlarından biri olan Emin adlı azərbaycanlı gənclə əlaqə saxlamağa nail olub. Həmin şəxs "Krokus"a hücum edən terrorçuların ermənicə danışdıqlarını aydın eşitdiyini bildirib. -

24 mart
.

Sevgilisi ilə birlikdə xanımını döyən həkim ölkədən qaçıb? - Həyat yoldaşından AÇIQLAMA

Bir müddət əvvəl sevgilisi ilə birlikdə həyat yoldaşını döyən tanınmış həkim-onkoloq İbrahim Əsədli ölkəni tərk edib. Bu barədə "Unikal"a açıqlamasında İbrahim Əsədlinin həyat yoldaşı Aynur Əsədli məlumat verib. O qeyd edib ki, mart ayının 21-də və ondan sonrakı günlərdə İbrahim Əsədli ev

24 mart
.

Erməni arvadı ilə birlikdə Krokus terrorunda həlak olan azərbaycanlı kimdir?

"Crocus City Hall" terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var. Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb

24 mart
.

Polis əməkdaşları 3 ədəd tüfəng təhvil götürüblər

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Bu barədə -a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd tüfəng və 1 ədə

24 mart
.

Göyçayda hamilə qadın üçəmini itirdi

Göyçay Rayon Mərkəzi Xəstəxanasında üçəmə hamilə olan qadın vaxtından əvvəl doğuş edib. -ın əldə etdiyi məlumata görə, 22-23 həftəlik hamilə olan Ayşə Məhərəmova mart ayının 21-də vaxtından əvvəl doğuş üçün Zərdab Rayon Mərkəzi Xəstəxanasına gedib. Daha sonra göndəriş əsasında Göyçay Rayon Mərkəzi Xəstəxanasın

23 mart
.

"Crocus"da avtomat tapıldı - üzərindəki yazı təəccübləndirir

Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında xilasetmə əməliyyatları zamanı gövdəsi üçrəngə boyanmış və üzərində "Rusiyanın azadlığı uğrunda" yazısı olan "Kalaşnikov" avtomatı aşkar edilib. bizim media-ya istinadla xəbər verir ki, bu barədə BAZA Telegram kanal

24 mart
.

Həlak olanların yaxınlarına 3 milyon veriləcək

Moskvada "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yaxınlarına 3 milyon (55 500 AZN), yaralananlara isə 1 milyon rubl (18 500 AZN) ödəniləcək. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə Moskva vilayətinin qubernatoru Andrey Vorobyo

23 mart
.

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markal

24 mart
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Siyəzəndə 3 bal gücündə zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 28 kilometr dərinlikd

24 mart