QƏRAR! Uşağı olmayan valideynlər pul ödəyəcəklər

QƏRAR! Uşağı olmayan valideynlər pul ödəyəcəklərRusiyada qəribə vergi öhdəliyi qoyula bilər.

Uşağı olmayan ailələr buna görə vergi ödəməli olacaq. Moskva Hökumətinin Sosial siyasət və əmək münasibətləri üzrə sədr müavini Nikolay Qubenko bu barədə bildirir ki, Moskvada kifayət qədər yaxşı təmin olunmuş, amma uşaqsız ailələr var. Həmin təminatlı ailələrin ya uşaqları olmalıdır, ya da uşaq istəmirlərsə, vergi verməlidirlər.
Qubenkonun sözlərinə görə, bu həm demoqrafik artıma xidmət edəcək, həm də varlı ailələrdən alınan vergi aztəminatlı, çoxuşaqlı ailələrə veriləcək.

Qeyd edək ki, buna bənzər qanun SSRİ dönəmində də vardı. Amma həmin dövrdə uşaq istəməyən qadınlar guya hamilə qala bilməmələrinə, kişilər isə impotent olduqlarına dair saxta arayışlar təqdim edirdilər. 1941-ci ildən hətta subay oğlan və qızlar da vergi ödəyirdilər. Onların maaşından 6% subay olduqlarına görə tutulurdu. Xalq arasında bu vergini "xaya vergisi" adlandırırdılar. Yeni evlənənlər bir il müddətində vergi ödəməli olurdular. Ona görə də vergi verməməyin dərdindən nikahdan qabaq uşağın "təməli" qoyulurdu. Bu vergidən yalnız uşağı ola bilməyən qadınlar və impotent kişilər qurtula bilirdi. Bundan başqa, övladı müharibədə həlak olanlar, Sovet İttifaqı qəhrəmanları, Sosialist Əməyi qəhrəmanları və yüksək hərbi rütbəli şəxslər bundan azad idilər. Qanun 1980-ci ilə qədər mövcud olub.
Rusiyadan başqa İtaliyada (Mussolinin vaxtında) və XX əsrin əvvəlində Bolqariyada subaylıq vergisi tutulurdu. Eradan əvvəl isə Romada subaylıq sultanlıq deyil, artıq xərc hesab olunurdu.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3555   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaponiyada hərbi helikopterlər qəzaya uğrayıb, ölən və itkin düşənlər var

Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus iki SH60K hərbi helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, yeddi nəfər itkin düşüb. "Report"un "Kyodo" agentliyinə istinadən məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Minoru Kihara mətbuat konfransında bildirib

21 aprel
.

Qadın ticarət mərkəzinin 5-ci mərtəbədən özünü atıb - VİDEO

Türkiyənin İstanbul şəhərindəki ticarət mərkəzində qadın 5-ci mərtəbədən özünü atıb. xarici mediaya istinadən xəbər verir ki, qadın ticarət mərkəzinin döşəməsinə yıxılaraq hadisə yerində dünyasını dəyişib. Əldə edilən məlumata görə bu yaxınlarda həmin ticarət mərkəzində bir nəfər də həyatına son qoyub

22 aprel
.

Məşhur yarışmanın iştirakçısı keçmiş sevgilisi tərəfindən öldürdü: "Instagram"da paylaşdığı... -FOTO

Türkiyənin məshur "İşte benim stilim" yarışmasının iştirakçısı olan Yağmur Taktaş keçmiş sevgilisi tərəfindən öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, stil yarışmasının iştirakçısı Yağmur Taktaşın Amerikada keçmiş sevgilisi tərəfindən öldürüldüyü iddia edilib. Keçmiş sevgilinin qətldə

22 aprel
.

Ukraynada qadınlar da orduya çağırılır: Sakinlərdən reaksiya - VİDEO

Ukraynada uzun zamandır müzakirə edilən "Kütləvi səfərbərlik haqqında" qanunun qadınların orduya cəlb olunması bəndi ixtisar olunmaqla qəbul edildikdən sonra Müdafiə Nazirliyi yeni təşəbbüslə çıxış edib. Belə ki, Ukrayna cəbhəsində ehtiyac yaranarsa, qadınlar da orduya səfərbər ediləcək. Bə

21 aprel
.

29 yaşlı qadın canlı yayımda ərinə zəng edib hər şeyi ETİRAF ETDİ: "19 yaşlı oğluna qoşulub qaçdım" - VİDEO

Türkiyədə 29 yaşlı qadın 19 yaşlı ögey oğluna qoşulub qaçdı. xarici mediaya istinadən xəbər verir, Türkiyədə Müge Anlının aparıcılıq etdiyi "Tatlı Sert" verilişində qalmaqallı hadisələrindən biri yaşanıb. 29 yaşlı qadın canlı yayımda 19 yaşlı ögey oğlu ilə qaçdığını etiraf edib. Həmin an canl

23 aprel
.

Arvadını döyüb öldürən qazaxıstanlı nazirin telefonu araşdırılacaq: Şifrəsi əldə edilib - FOTO

Qazaxıstanda vətəndaş nikahında olduğu Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən keçmiş nazir Kuandıq Bişimbayevin məhkəmə prosesi davam edir. Keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmədə araşdırılması üçün telefonunun şifrəsini məhkəməyə verməyə razılaşıb. Bu barədə keçirilə

22 aprel
.

İntihar edən şəxsin məzarını açıb CANLI YAYIMDA yandırdı -Səbəbi hər kəsi ŞOK ETDİ - VİDEO

Türkiyədə intihar edən şəxsin məzarını yandırıblar. xarici mediaya istinadən xəbər verir ki, intihar edən şəxsin bir şəxsə borcu olub. Həmin şəxs intihar edən borclusunun məzarını açıb yandırıb. Borcu verən şəxs həmin anları sosial şəbəkədə canlı yayımlayıb. Hücum edən şəxs mərhumu təhqir edib: "B

23 aprel
.

Şri-Lankada avtomobil yarışda azarkeşlərə çırpılıb, ölənlər var

Şri-Lankada keçirilən avtomobil yarışında avtomaşlardan birinin xətdən çıxaraq azarkeşlərə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newsfirst" portalı məlumat yayıb. Qəza adada keçmiş hərbi qarnizonun ərazisində keçirilə

21 aprel
.

14 yaşlı qız narkoman atasını yatarkən bıçaqlayaraq öldürdü - Səbəbi araşdırılır

Türkiyədə 14 yaşlı qız atasını yatarkən bıçaqlayaraq öldürüb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. Xəbər üzərinə hadisə yerinə sövq edilə

22 aprel