Əhaliyə şad xəbər! Ətin qiyməti bu rəqəmədək ucuzlaşdı

Əhaliyə şad xəbər! Ətin qiyməti bu rəqəmədək ucuzlaşdıSon günlər ətin qiyməti 1 manat 50 qəpiyədək aşağı düşüb, yaxın vaxtlarda məhsulun daha da ucuzlaşacağı gözlənilir. Ətin qiymətinin aşağı düşməsinin əsas səbəbi örüş sahələrinin cücərməsi, heyvanların əlavə yemə ehtiyaclarının olmamasıdır.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, Azərbaycanda il ərzində 300 min ton ət istehsal olunur ki, bu da təlabatın 90 faizini ödəyir. Qalan 10 % isə xarici ölkələrin hesabına ödənilir. Lakin diqqət çəkən digər məqam son 3 ayda toyuq ətinin qiymətində artımın olmasıdır. Məlum olub ki, bu ilin yanvar ayında marketlərdə yerli istehsal olan toyuq ətinin 1 kiloqramının qiyməti 3.68 AZN, fevral ayında 3.86 manat, mart ayında isə 4.18 AZN təşkil edib. Ölkəyə idxal olunan toyuq ətinin də qiymətində artım nəzərə çarpıb. Xaricdən gətirilən toyuq ətinin qiyməti bu ilin yanvar ayında 3.66 AZN, fevral ayında 3.97 AZN, mart aytında isə 4.47 AZN-ə satılıb. Bu rəqəmlər Statistika Komitəsinin açıqladığı hesabatlardan götürülüb.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda rəqabətli mühit olmadığı, toyuq ətinin istehsalında monopoliya olduğu üçün qiymətlərdə artım olub:

"Qiymətlər cəmiyyətin qınağı ilə tənzimlənmir. Normal bazar iqtisadiyyatında qiymətlər tələb-təklif əsasında formalaşır. Azərbaycanda isə bazar iqtisadiyyatı tam şəkildə formalaşmayıb. Ölkədə sağlam rəqabət mühiti yoxdur. Bu səbədən qiymətlər bəzən inzibati qaydalarda, bəzən isə sahibkarların istəklərinə uyğun şəkildə formalaşır. Toyuğun qiymətinə gəldikdə isə deyə bilərəm ki, bu sahədə ciddi monopoliya var. Hətta ətin satışında, qiymətlərin tənzimlənməsində bu qədər monopoliya yoxdur. Azərbaycanda toyuq istehsalı da monolopiyanın bir tərkib hissəsidir".

İqtisadçının sözlərinə görə, toyuq istehsalı üçün lazım olan avadanlıqlar, yem məhsullarının qiymətinin qalxması da bu məsələyə təsir edir:

"Ətin qiyməti yüksək olduğu üçün əhalinin böyük əksəriyyətinin alıcılıq qabiliyyəti aşağı düşdü. Bu səbəbdən istehlakçılar toyuq ətinə daha çox üstünlük verdilər. Nəticədə də toyuq ətinin satış qiyməti artıb. Bu mühitdə rəqabətlilik olsa, düşünürəm ki, qiymətlər aşağı olar. Rəqabətlilik olmadığı üçün qiymətlərdə enmə-qalxma müşahidə edilir".

İqtisadçı belə hesab edir ki, yaxın zamanlarda toyuğun qiyməti aşağı düşəcək. Bu da meyvə-tərəvəz mövsümünün gəlməsi ilə əlaqədardır.

Azərbaycan Quşçular Birliyinin sədri Aydın Vəliyev isə Cebhe.info-ya açıqlamasında qiymətlərdə o qədər də nəzərə çarpan fərqin olmadığını deyib. "Nə az, nə çox 10-20 qəpik artım var". Aydın Vəliyev belə deyir:

"Niyə təşvişə düşürsünüz, toyuğun qiyməti artmayıb axı. Qiymətdə artım olar da, hər şey xaricdən gəlir axı. Manatın devalvasiyaya uğraması, dolların bahalaşması, kommunal xərclərin artması və digər amillər toyuq məhsullarının qiymətində artıma səbəb oldu. Qiymət artımı prosesi hissə-hissə davam edib, bu, birdən-birə olan məsələ deyil. Bizdə topdansatışda, 10-20 qəpiyədək fərq var. Təəssüf ki, mağazalar artıqlaması ilə qiymət təklif edirlər, biz də onlara nəzarət edə bilmirik. Sahibkar hansı qiyməti istəyirsə, onu da qoyur".

Təkidlərə baxmayaraq qiymətlər haqda məlumat vermək istəməyən A.Vəliyev bildirib ki, toyuq-cücələri yemləmək üçün 20-dən artıq yem gətirilir:

"Onların taxıl, qarğıdalı, buğda, soya və digər yem əlavələri, həmçinin saxlanma üçün avadanlıqları var ki, bunlar da kifayət qədər vəsait tələb edir. Yemin bir hissəsi Ukrayna, Rusiya, Qazaxıstandan gətirilir. Damazlıq İngiltərə, Hollandiyadan gətirilir. Hərəsi bir qiymətə təklif edir".

Bu cür qida məhsulları, avadanlıqlar ölkəyə neçəyə gətirilir. Konkret olaraq hər hansı yem məhsulu üzərindən qiymətlərlə bağlı nümunə almaq istəsək də A.Vəliyev bu istiqamətdə də konkret fikir bildirməyib. Həmsöhbətimiz konkret olaraq hər hansı toyuq məhsulunun qiymətini də açıqlamayıb. A.Vəliyevin sözlərinə görə, onların Qazax, Lənkəranda da təsərrüfatları var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9143   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - Video

Boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib. "Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-də yayımlanan süjetdə bildirilib ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inş

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart