İTV-də dəyişiklikliklər olacaq? - Yeni baş direktor danışdı

İTV-də dəyişiklikliklər olacaq? - Yeni baş direktor danışdı"İctimai Televiziyanın Yayım Şurasına təşəkkür edirəm. Onların mənə etimadı nəticəsində yenidən baş direktor vəzifəsinə seçildim. Şura üzvlərindən 9 nəfəri yenidən bu vəzifəyə seçilməyim üçün səs verdi. Çalışacağam ki, gələcək fəaliyyətimdə bu etimadı doğruldum".

Bunu APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev deyib. Onun sözlərinə görə, bundan sonra rəhbərlik etdiyi qurum "İctimai Televiziya və Yayımı haqqında" qanun əsasında işini davam etdirəcək: "Həmin qanunda İctimai Televiziyanın əsas prinsipləri, vəzifələri, məqsədləri öz əksini tapıb. Bu qanunun aliliyini rəhbər tutaraq öz gələcək fəaliyyətimizi yenə də davam etdirəcəyik. Mənim üçün vacib məsələlərdən biri azərbaycançılıq məfkurəsidir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan azərbaycançılıq məfkurəsi İctimai Televiziyanın fəaliyyətində öz əksini hər zaman tapıb və bundan sonra da tapacaq. Əlbəttə, yeni layihələr üzərində işləyəcəyik. Bunun üçün bir qədər zaman lazımdır. Dəyişilməyən iş prinsipləri var ki, onlar yenə də prioritet istiqamət kimi davam edəcək".

"İctimai Televiziyada kadr dəyişikliyi gözlənilir, yoxsa hazırkı komanda ilə işə davam edəcəksiniz?" sualına isə C. Quliyevin cavabı belə olub: "Komanda işləyir, iş başındadır, hələ ki, heç bir dəyişiklik gözlənilmir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1164   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Habil Əliyevin qızı: "Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar"

"Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər". Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib. -ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki

3 aprel
.

Tatlısəs məşhur azərbaycanlının mahnısını oxuyub - Video

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın bəstəsini ifa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər AzTV-nin "Görüş yeri" verilişində yayımlanıb. Verilişdə İ. Tatlısəsin ifa etdiyi "Bu ayrılıq nədən oldu" mahısını

30 yanvar
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral
.

Xalq artisti Elgiz Əkbərdən niyə incidi?

Martın 10-da Xalq artisti Naibə Allahverdiyevanın yubiley tamaşası keçirilib. Naibə Allahverdiyeva tamaşaya aparıcı Elgiz Əkbəri dəvət etsə də, aparıcı tamaşaya gəlməyib. Elgiz Əkbər öz proqramında Naibə Allahverdiyeva ilə canlı bağlantı quraraq, efirdə ondan üzr istəyib. -a açıqlama verən aktrisa incikliyin

13 mart
.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

Bəstəkar Cavanşir Quliyevin son durumu açıqlanıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Bu barədə "Report"un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadə

17 fevral
.

Mövlud Süleymanlı vəsiyyətinə uyğun dəfn ediləcək

Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a mərhumun ailəsindən məlumat verilib. Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:. "Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vid

22 fevral